Qadin.NET / “Kitabsevərlər” qrupu “Bir nəfəsə sığışmaq”

“Kitabsevərlər” qrupu “Bir nəfəsə sığışmaq”


 

“Kitabsevərlər” qrupu “Bir nəfəsə sığışmaq”

Bir nəfəsə sığışılanları bir kitaba sığışdıran və mənim də bir nəfəsə olmasa da bir günə oxuyub bitirdiyim “Kitabsevərlər” qrupunun altıncı kitabı olan “Bir nəfəsə sığışmaq” şerilər antologiyası haqqında gecikmiş rəyimi sizlərlə bölüşmək istəyirəm. Bəlkə də heç gecikməmişəm rəy karvanının arxasınca yüyürməyə hələ tələsmişəm.

Kitabda ilk yer alan şeirlərin müəllifi olan Rəşad Ağalarovun şeirlərinin toplusu olan “Payız” kitabındakı bütün şeirlərini oxumuşam və düşünürəm Rəşad bəyə Şair demək olar.

Şeirlərinin hər sətrində məni kövrəldən Əşrəf Hüseynli oldu.

Tənqidi baxımdan Ziya Orucovun şeirlərini bəyəndim.

Səbuhi Şahmursoy, elə zənn etmişdim bu kitabda Sizin “Təkrar etmək istəyirəm” şeiri də yer alacaq, amma yox idi, haqsızlıq etmisiniz o şeirə qarşı.

“Kitabsevərlər” qrupu “Bir nəfəsə sığışmaq”

Məqsədlərinə yetmək üçün sönməz iradə ilə çalışan biri olaraq bəzən fikirləşirəm mən çox şeyə tələsmişəm, bəlkə də tələsməmişəm. Bilmirəm tələsmişəm ya yox, amma Nərgiz Əliyevanın “Tələsmişəm” şeiri mənim üçün bu kitabın ən pik nöqtəsində dayanan şeir oldu.

Şeir yazmaq və o şeiri xüsusi yumorla demək Nicat Həşimzadəyə daha çox yaraşır, nəinki qadınlar haqqındakı alovlu yazıları.

Cavid Şəfiyevin “Biri vardı biri yox” şeirini bəyəndim və mənə Nüsrət Kəsəmənli irsini xatırlatdı.

Addımları arasındakı məsafəni kiçiltmək istəyən Səadətin şeirlərinin hamısını dəlilər kimi çox sevdim, ağıllı sərkərdə olsam da.

Cavid Manaflı isə yaxşı mənada məni çox təəccübləndirdi. Afərin!

“Görəsən indi buz qütbündə üşüyürmü pinqivinlər?

Boğulurmu okeanda delfinlər?

Varlıqlarına şübhə edirmi cinlər?

Darıxırmı kitabların arasındakı əlfəcinlər?

Yoxsa, hamısı təkcə mənim boynuma qalıb?

Bilmirəm hamısı Ülvi Həsənlinin boynuna qalıb ya yox, tək bildiyim “Sənsiziliyə” görə bir kitab səhifəsində ilişib qalıb.

Sevgiyə inamını itirmiş bir qadının həyatına gecikmiş bir gəliş olduğunu düşünən Röyal Qabarovun “Şeir iç dünyası zəngin olan insanların alətsiz musiqisidir” fikri isə mənim üçün şeirə ən gözəl tərif verənlərdən oldu.

Fərqli avtoqraf “xəstə”si olan bir oxucu kimi isə ən çox Günay Hüseynlinin avtoqrafını bəyəndim.

 

 

 

27 noyabr 2017
GO BACK