“Sabahını düşünən adam heç vaxt igid ola bilməz.” – Əli və Nino əsərinin Yeraltı yolla İrana qaçan Həsənqulu xanı belə deyirdi…
Bilmirəm “Əli və Nino” əsərini Şərqin adət-ənənəsiylə böyüyən Əli xan və Qərb dünyasının gürcü gözəli Ninonun sevgi macərası adlandırım, yoxsa, "tərəqqe etmiş" Qərb və "geridə qalmış" Şərqin qovuşduğu Bakıda gedən siyasi hadisələrin məcmusu.
Hamımız bu situasiyanın şahidiyik, yazıçı əsərində oxucusuna hansı mesajı vermək istəsə də mütləq o əsərin fonuna bir sevgi macərası qatır. Qurban Səidin də bu əsərində çatdırmaq istədiyi mesaj siyasi məqamların gedişi olsa da, Əli və Ninonun fərqli sevgi yaşantılarını əsərin fonuna daxil etməyi unutmayıb. Əsərdə Şərqlə Qərbin fərqi, bir səhra və meşə insanının özəllikləri detallarla çox səmimi şəkildə təsvir olunur. Əsəri oxuyarkən ön səhifələrdə mən düşündüm ki, Əli öz milli mənəvi dəyərlərinə arxa çevirib Nino ilə birlikdə öz ölkəsini tərk edəcək. Amma Əli xan hərəkətləri ilə mənim fikirlərimin ziddinə getdi. O sona kimi öz milli mənsubiyyətinə sadiq qaldı. Əsər təzadlı və o zaman üçün yazıçıya təhlükə yaradan bir çox məqamlarla doludur. Və elə buna görə də düşünürəm yazıçı bu əsərə adını yox məhz təxəllüsünü verməklə kifayətləndi.
Nədənsə əsəri oxuduqca ürəyim səksəkədə qalmışdı ki, indicə nəsə bir bədbəxt hadisə baş verəcək. Ninonun doğuşdan sonrakı halında mən fikirləşdim ki, “aha düşündüyüm məqam gəlib çatdı”, amma yenə də mən düzgün təxmin etməmişdim. Bu əsər yeganə əsər oldu ki, sonunu heç cür təxmin edə bilmədim.
Əsəri oxuduqca sözün əsl mənasında təəccüb etdiyim səhnə Əli xanın Ninoyla evlənməsi oldu. O zaman üçün bu böyük şücaət idi. Oxuduqca tək təəccüb etmədim həm də xeyli güldüm. Yəhya Qulu ilə Ninonun soyuq müharibəsi, Ninonun amansız intiqamı, Yəhya Qulunun Ninonun şeytana itaət etməsini düşünməsi və s.
Müəllifin kimliyi barədə gəldiyim qənaət isə odur ki, onu yazan azərbaycan türküdür və müsəlmandır. Müəllif qalmqallı olsa da, bu müəllif dini və milli mənsubiyyəti baxımından cəmiyyəti ayıran sərhədlərin bir gün yox olacağı arzusunda idi.
“Sabahını düşünən adam heç vaxt igid ola bilməz” fikri isə Həsənqulu xan kimilərin fikridi, əksinə, ehytiyatdı igidə yaraşıq verən. Nə olsun ki, müasir qəhrəman Polad Ələmdar da belə düşünür?