Qadin.NET / Qabriel Qarsia Markes “Polkovnikə məktub yoxdur”

Qabriel Qarsia Markes “Polkovnikə məktub yoxdur”

 

 

  

Qabriel Qarsia Markes “Polkovnikə məktub yoxdur”

Realizm janrında yazılan bu povest on bir dəfə redaktə edilib. Rejissor Arturo Ripşteyn 1999-cu ildə povest əsasında eyniadlı bədii film çəkib. Rusiyanın Bi-2 qrupu bu povestin “Polkovnikə heç kim yazmır” adlı mahnısını oxuyub. Markesin bu povesti 1956-1957-ci illər arasında yazılsa da, ilk dəfə 1961-ci ildə dərc edilib. Bir çoxları bu povesti Heminqueyin “Qoca və dəniz” povesti ilə müqayisə etsələr də, mən belə müqayisə aparmazdım. Heminqueyin “Qoca və dəniz” povesti ilə Markesin “Sənin qar üzərindəki” hekayələr toplusundakı romanını müqayisə edərdim.

Qabriel Qarsia Markes “Polkovnikə məktub yoxdur”

Povestdə hadisələr balaca Sukre şəhərciyində cərəyan edir. Baş qəhrəman müharibə veteranı 75 yaşlı polkovnikdir. O xanımı ilə şəhərciyin kənarında yaşayır və oğlu Aqustin öldürüldükdən sonra onlar yoxsulluqdan əziyyət çəkirlər. Polkovnik müharibə veteranı kimi ona təyin edilməli olan pensiya barəsində uzun illərdir ki, paytaxtdan məktub gözləyir. Lakin ona heç kim yazmır.

Bu povest yazıçıya çox böyük şöhrət gətirməsə də, uzun illərdən sonra məhz bu əsəri özünün ən sevimli əsəri adlandırmış və bildirmişdi ki, o “Yüz ilin tənhalığı”nı ona görə yazıb ki, insanlar “Polkovnikə məktub yoxdur” əsərini də oxusunlar.

 

1 noyabr 2017
GO BACK