Qadin.NET / Murad Ramazanov “Sonuncu dekabr”

Murad Ramazanov “Sonuncu dekabr”

Murad Ramazanov “Sonuncu dekabr”

 

Deyirlər ölüm hər şeyə aydınlıq gətirir. Çarəsi olmayan tək xəstəlik ölümdü, amma bəzən elə xəstəlik olur ki, onun tək müalicə yolu elə ölümün özüdü. Ağ ölümdən də müalicə olunmağın tək yolu elə ölümdür. “Mən həyata qarşı döyüşəcəm elə sənə görə. Həyat səni məndən aldı və mən də öz gücümlə sonuna kimi dayanacam həyata qarşı”. Bu sözləri Taylor Klaraya vəd etdi…

Taylor və Klara bir birini sevən, bu sevgi uğrunda çox şeyə hazır olan ağıllı və gözəl gənclərdir. Xanım Suzanna yoldaşını çox gənc yaşlarında, hələ oğlu Taylor dünyaya gəlməmişdən öncə itirən bir qadındı. Stiv isə romanın ilk səhifələrində mənə adi dırnaq arası bir dost kimi göründü, amma sonda o öz hərəkətləri ilə həm oxucuya və Taylora göstərdi ki, o əsl dostdu.

Müəllifin təsvir etdiyi hadisələr Amerikada cərəyan edir. Əsərdə əsas ağ ölümün yaratdığı fəsadlar qələmə alınsa da, bu fonda iki gəncin sevgisi, dostun sadiqliyi, valideyinin övlada qarşılıqsız sevgisi, övladın valideyinə heç bir məsuliyyət daşımadığı sevgisinə də geniş yer verilib.

Murad Ramazanov “Sonuncu dekabr”

Hər bir gəncin oxuması vacib olan romanlardandı, oxuyun və ağ ölümün bir insanı hansı hallara saldığını sizdə görün.

Klaraya verdiyi vədi Taylor yerinə yetirə bildi ya yox? Bunu romanı oxuyanda özünüz biləcəksiniz.

QEYD: Yazıçımız hələ çox gəncdi, bu yaşda bu cür psixoloji roman yazmaq doğrudan da “yaxşı” deyiləcək bir işdi. Daha çox düşüncəyə yer ayrılıb, bir insanın düşüncələrini gözəl şəkildə təsvir edib. Qadınlar haqqındakı düşüncəsi də maraqlıydı. Bu baxımdan düşünürəm ki, yazıçımız gələcəkdə daha gözəl əsərlər araya ərsəyə gətirə biləcək.

Və iradlarımı da qeyd edim. Kitabdakı korrektə səhvləri oxucunu əsəblərin ən pik nöqtəsinə çatdırır. Korrektəçilər yazıçıların min bir əziyyətlə yazdıqları romanları bir korrektə səhvinə görə bu günə qoymasalar yaxşı olar, sadəcə bir az diqqət lazımdı. Ondan əlavə yazıçı hər dəfə yazır ki, “onun göz yaşları burnundan üz aşağı süzülürdü” axı göz yaşı yanaqdan süzülür, ay Murad bəy.

Doğrusuyla, yalnışıyla bu romanı bəyəndim.

 

20 noyabr 2017
GO BACK