Nəhayət ki, avqustun 14-də təqdimatında iştirak etdiyim “Aydınlanma səyahəti” kitabını oxuyub bitirə bildim. Başlamaq gec olsa da, olduqca böyük zövqlə oxudum. Sırf bu kitabı 2017-ci ilin ilk günlərində bitirməyim mənə daha da xoş oldu. Fərdi inkişaf istiqamətli kitablar mənim üçün hər zaman birinci yerdə olub. Bu tip kitabları oxuyanda özümü sanki yenidən kəşf edə bilirəm və çox ferqli hisslər keçirirəm. Ceylan xanımın qeyd etdiyi kimi :”Özünü tanımaq xöşbəxtliyin bir qanunu hesab edilir”...
Oxuduqca demək olar ki, istədiyim çox şeyləri kitabdan ala bildim. Məni hədsiz razı salan məqamlar isə elmlə dinin qarşılaşdırılması oldu. Bu kitabı oxumazdan əvvəl də özüm psixologiya ilə dinimizin nə qədər əlaqəli olduğunu düşünürdüm. Bu barədə fikirlərimi tam izah edə bilməsəm də, kitabdan istədiyim qənaətə gələ bildim. Altı hissədən ibarət olan bu kitabın demək olar ki, hər səhifəsində özümü inkişaf etdirə biləcək bir çox fikirlərə rast gəlib, işarələdim.
İkinci hissədə beyin üçün lazım olan məşğələləri diqqətlə oxudum.
Üçüncü hissədə “Eqo” haqqında ətraflı biliklər aldım.
İnkişaf yönümlü kitabları nə qədər oxusam da fəlsəfədən bir o qədər uzaq olduğumu dördüncü hissədə dərk etdim... “Fəlsəfə nə üçün lazımdır?” sualına istədiyim cavabı tapdim. Bir çox filosoflar haqqında məlumat aldım. Adilənin, Tahirin, Əfsanənin həyatlarında baş verən uğursuzluqlarını filosofların diaqnoz və müalicələri ilə necə dəyişə biləcəklərini anlamamaq qeyri mümkündür. Həqiqətən də dəyişmək bizim özümüzdən aslıdır. Doğurdan da aydınlaşmış insanlar təmənnasız sevgi sahibləridirlər.
Ölümə Yaxın Təcrübə (ÖYT) ifadəsi ilə ilk dəfə olaraq qarşılaşdım. Məni təəccübləndirən isə bu halı 12 yaşımda yaşamağım, lakin bu fenomen haqqında heç bir anlayışımın olmaması idi.. Həqiqətən də kitabın bu hissəsində olduqca təsirli hisslər keçirdim...
Kitabı oxuyub bitirərək tam səmimi deyə bilərəm ki, daxili dinclik almış oldum...
Aynur Allahyar