Qadin.NET / Tofiq Mahmudun "Uzaqda ucalan dağlar" romanı 25 il sonra latın qrafikasında

Tofiq Mahmudun "Uzaqda ucalan dağlar" romanı 25 il sonra latın qrafikasında

 

Tofiq Mahmudun "Uzaqda ucalan dağlar" romanı 25 il sonra latın qrafikasında

 

"Facebook" sosial şəbəkəsindəki ən böyük kitab təbliğatı qruplarından olan "Kitabsevərlər"in 13-cü - Tofiq Mahmudun "Uzaqda ucalan dağlar" kitabının təqdimat mərasimi keçiriləcək.

525.az-ın verdiyi məlumata görə, tədbir oktyabrın 23-ü, saat 14:00-da "Kitabevim.az kitab evində baş tutacaq. 

Qeyd edək ki, roman ilk dəfə kitab halında 1991-ci ildə "Yazıçı" nəşriyyatında nəşr edilib. 25 il sonra isə ikinci dəfə - latın qrafikası ilə oxuculara təqdim ediləcək.

 

Tofiq Mahmudun "Uzaqda ucalan dağlar" romanı 25 il sonra latın qrafikasında

 

"Elm və təhsil" nəşriyyatı tərəfindən çap edilən budəfəki kitabın redaktoru gənc yazıçı Cavid Qədir, ön sözünün müəllifi isə şair Səbuhi Şahmursoydur.

Kitabda tanınmış Azərbaycan rəssamı Bəhruz Kəngərlinin həyat və yaradıcılığından, eləcə də ermənilərin o illərdə Naxçıvanda törətdiyi vəhşiliklərdən bəhs edilir.

Məlumat üçün bildirək ki, kitabın qiyməti 6 manatdır.

4 oktyabr 2016
GO BACK