Qadin.NET / Ceylan Mumoğlu –"Aydınlanma səyahəti"

Ceylan Mumoğlu –"Aydınlanma səyahəti"

Ceylan Mumoğlu –"Aydınlanma səyahəti"

FB-da ən böyük kitab təbliğatı qruplarından olan “Kitabsevərlər” qrupunun növbəti kitab layihəsi janrına görə öncəkilərdən fərqlənir. Bu haqda mətbuata eyni adlı hərəkatın həmtəsisçisi Fariz Bayramov xəbər verib:

“Bu yaxınlarda oxucu dairəsinə təqdim olunacaq bu kitabın müəllifi Azərbaycanın ilk qadın portalı Qadin.Net saytının həmtəsisçisi və baş redaktoru Ceylan Mumoğludur. Layihə Kitabsevərlər Hərəkatı ilə Qadin.Net saytının müştərək işi kimi ərsəyə gəlib.” “ “Aydınlanma səyahəti” insan beyninin mövcud imkanları barədə dolğun araşdırma kitabıdır. Əsərin psixoloji, fəlsəfi, riyazi və bədii həllinə uzun sürən araşdırmanın nəticəsində nail olunub. Kitabda yerli nəşrlərdə az-az rast gəlinən elmi xronikaya geniş yer verilib. Düşünürəm ki, bu kitab təkcə bədii ədəbiyyat həvəskarlarına yox, eləcə də, araşdırma kitabı oxucularına da əsl hədiyyə ola bilər. Çünki kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulub”- deyə kitabın redaktoru Səbuhi Şahmursoy bildirib. Tezliklə kitabın təqdimat mərasimi də gerçəkləşəcək. Bu haqda ictimaiyyət məlumatlandırılacaq. Qeyd edək ki, Kitabsevərlər Hərəkatı bundan öncə də müxtəlif səpkili 11 kitab nəşr etdirib. Bunlar arasında yerli bazarda ən çox satılan kitablar – Nikolas Sparksın “Gündəlik” romanı, Bakumoz nəşriyyatı ilə birgə çap edilən Harper Linin “Bülbülü öldürmək” əsəri və Astrid Linqdrenin “Biz Saltkrok adasındayıq” kitabı da var.
"Aydınlanma səyahəti" kitabının tanıtım çarxı

17 iyul 2016
GO BACK