"Bugünlərdə "Facebook"dakı "Kitabsevərlər" qrupunun 11-ci kitabı olan Astrid Lindqrenin "Biz Saltkrok adasındayıq" romanı çap olunub.
Qrupdan verilən məlumata görə, kitab ilk dəfə Azərbaycan dilində 1976-cı ildə işıq üzü görüb. Sözügedən qrup isə 40 il sonra əsəri latın qrafikası ilə yenidən çap etdirib.
1964-cü ildə işıq üzü görən əsərdə insanın müxtəlif yaş dövrlərində həyata və ətrafdakılara baxışı, yanaşma tərzi təsvir olunur, reallıqlar axıcı tərzdə oxucuya çatdırılır.
Əsərin təqdimatı 22 may saat 13:00-da "İçərişəhər" bookhouse&café-də baş tutacaq.
Məlumat üçün qeyd edək ki, kitabın qiyməti 6 manatdır."