Qadin.NET / "Sofinin dünyası"-Jastin Qaarden

"Sofinin dünyası"-Jastin Qaarden

 

"Sofinin dünyası"-Jastin Qaarden

 

Jastin Qaarden – Sofinin dünyası 

Sofi Amundsen Norveçdə yaşayan 14 yaşlı bir qızdır. Anası və ev heyvanları ilə birlikdə yaşayır, atası ilin çox hissəsini başqa yerdə işlədiyindən ailəsi ilə birlikdə deyil. Hər şey bir gün Sofinin anonim məktub alması ilə başlayır. Məktubda yazılıb: “Sən kimsən?”. Təbii ki, məktub birinci və sonuncu olmur. İkinci məktub isə belədir: “Dünya necə yaranıb?” Sofi bu qəribə sualları düşünərkən bir məktub daha alır və budur; fəlsəfə kursu başlamışdır.

Ona bir-birinin ardınca fəlsəfi məktublar göndərən Albert Knoxdur. Əslində, soruşulanlar heç də qəribə deyil, çünki bir filosofun lügətində “qəribə” sözü yoxdur. Bu kitabda ən sevdiyim yer isə belədir:
“Beyaz tavşanı belki de bütün evrenle karşılaştırmak daha iyi olur. Biz tavşanın tüylerinin en diplerinde oturan kımıl kımıl böcekler gibiyiz. Ama filozoflar büyük sihirbazın gözlerinin içine bakabilmek için ince tüylerin uçlarına tırnmanmayı denerler.”

 

"Sofinin dünyası"-Jastin Qaarden

 

Həqiqətən qəribə olan bir məqam var. Sofiyə fəlsəfi məktublardan əlavə ad günü açıqcaları da gəlir. Bu açıqcalar Hilde Moller Knaga Sofinin əliylə göndərilir. Bəs Sofi ilə eyni gündə doğulan bu Hilde kimdir? Sofinin beyni bir yandan fəlsəfi məktublar, digər yandan isə Hilde ilə məşğuldur. Beləcə zaman axır.
Sofi antik dövr fəlsəfəsi ilə başlayır, Demokriti, Sokratı, Platonu, Aristoteli öyrənir, Helenizm fəlsəfəsi ilə tanış olur, daha sonra orta əsr və intibah, barokko dövrləri haqqında eşidir. Barokko dövrünün tipik sloqanını öyrənir: “Carpe diem!” (“Gününü gün et!”) və “Memento mori” (“Öləcəyini unutma!”). Daha sonra isə birbirini məşhur filosoflar izləyir: Dekart, Spinoza, Loki, Hume, Berkli, Olimp de Qoqes, İmmanuel Kant… Fəlsəfə kursu bununla bitmir təbii ki, günümüzə qədərki məlumatlar bir-birini izləyir. Sofi fəlsəfə və dinin bir-birinə necə təsir etdiyini, zaman keçdikcə inkişafı izləyir. Eyni zamanda durmadan əsrarəngiz yollarla təbriklər alır: Ad günün mübarək Hilde! Alberto ilə birlikdə bu təbrikləri araşdıran Sofi şübhələnməyə başlayır. Bəs onlar gerçək deyilsə?
Siz bu mükəmməl əsəri oxumaqla bu sualın cavabını tapacaq və məncə çox təəccüblənəcəksiniz. Eyni zamanda dünya görüşünüz artacaq. Bundan əmin olun.

Gülzar Qamboyzadə

26 fevral 2016
GO BACK