Qadin.NET / “Alçaldılmış və təhqir edilmiş insanlar”

“Alçaldılmış və təhqir edilmiş insanlar”

Fyodor Dostoyevski – “Alçaldılmış və təhqir edilmiş insanlar” ( Emin Səfərov )
Düzü, Dostoyevski “sevənlər” o qədər çoxdur ki, bu yazarı sevdiyimi çəkinərək söyləyirəm, birdən məni də o sıraya aid edərlər.

Bu əsər yazarla üçüncü tanışlığımdır (Remark kimi), amma Tolstoyun sözlərinə görə,alcaldilmislar “Dostoyevskinin qələmini Tanrı işlədir”- qatılıram.
Çoxları onu “Cinayət və Cəza”ya görə sevsə də, bu əsəri oxuyucular tərəfindən daha çox sevilir..

Əsərin məzmunu bir çoxlarına məlum olsa da, qısaca məlumat verərək demək istəyirəm ki, roman aparıcı obraz olan Vanyanın dilindən nəql olunur. O kiçik mülkədar İxmenevin ailəsində onun qızı Natasa ilə birgə tərbiyə alır. İxmenevin varlı qonsusu knyaz Volkovski onun bacarığını qiymetləndirib əvvəl təsərrüfatını idarə etməyi,sonra isə oqlu Alyosanın tərbiyəsi ilə məşğul olmağı ona etibar edir.Əsərdə bütün Hadisələrdə Alyosanın Natasaya vurulması ilə başlayır amma Vanyada Natasanı sevir.Knyaz isə bu izdivacın əleyhinədir.

Bu əsərin qısa məzmunu

Əsəri türklər demiş, kendimce yorumlamaya gəlincə isə,deyə bilərəm ki, bu hadisələrdən sonra Dostoyevskinin qələmi işə düşür. Bir çox yazarlar əsərlərində 2 və ya 3 obraza diqqətlərini yönəltdiyi, digərlərinə ötəri yanaşdığı halda Dostoyevski üçün bütün obrazlar önəmlidir və onların müfəssəl təhlilini verməkdə heç də tənbəllik etmir..

Ayrıca əsəri öz dilimizdə oxuyarkən hiss edirsən ki, nə qədər mükəmməl tərcümə olunursa olunsun yenə də nəsə çatmır, bəli o nəsə məhz əsəri orijinaldan oxuya bilməməkdir. Açıq-aşkar görünür ki, əsər daha mükəmməl yazılıb ama tərcümənin gücü yetmir..
Yazar bu kitabda dərin psixoloji portretlər yaradıb ki, insan düşünmədən edə bilmir. Məsələn, elə Alyoşa. Əsər boyu ikrah doğurdu məndə zəif, nə etdiyini bilməyən amma eyni zamanda sadəlövh, saf. Bir sözlə, təzad dolu insan anlamaq üçün çox baş yormaq lazım gəlir.

Daha sonra isə Knyaz Volkovski,bu obrazda günümüzdəki fırıldaqçıları görəcəksiniz. Söyülsün, döyülsün amma təki ona lazım olanı əldə etsin.

Nellini adını çəkməmək isə həqiqətən günah olar.
Nelli obrazını elə incəlik və dəqiqliklə işləyib ki, deyərsən ki, hansısa heykəltəraş mərmərdən qüsursuz əsər yaradıb.
Ürək ağrısız oxumaq qeyri-mümkündür. O qədər təbiidir ki, sanki qarşısındadır.
O ki qaldı, Vanyaya mənə elə gəlir ki, Vanya məhz yazarın özünün prototipidir. Tam olmasa da 70%.
Oxunulması dəyərli əsərlərdən biri də budur hörmətli kitab qurdları.
Mən burda sözümü bitirirəm.Göydən 3 kitab düşdü smile duyğusu edirəm o nağıllarda olur boşuna ümidlənməyin grin duyğusu

Emin Səfərov

23 fevral 2016
GO BACK