Əsər 1948-ci ildə Bursaya sürgün edilmis müəllifin xatirələrindən ibarətdir.
Kitab halında isə sürgündən qayıtdıqdan 9 il sonra oxucuların öhdəsinə verilmisdir.
Amma indi sizlərində beynində bu sual ortaya çıxacaqdır ki, bir yazıçı həbs edilmis, daha sonra sürgün edilmisdir, amma nə üçün?
Səbəbi bir çox sey olsa da, qısaca belə izah edim. 1946-cı ildə Sabahattin Ali ilə “Markopasa” adında bir qəzet çap edərkən orda yazdığı “Nereye gidiyoruz?” adlı hələ heç çap olunmamıs bir məqaləsinə görə öncə həbs, daha sonra isə sürgün edilmisdir. Məsələnin siyasi yanını bir qırağa qoyub (bu heç bizə lazım da deyil. Bəlkə də lazımdı, amma o qədərdə yox)
Diqqətinizi kitabda yer alan xatirələrə çəkmək istəyirəm.
Kitabda yer alan xatirələr hər biri müəllifin öz basına gələn real hadisələrdir. Təbii hər kəsin yad yerdə basına çox ağrılı-acılı hadisələr gələ bilər, amma bunu yazıya çevirmək, ələlxüsus da Aziz Nesin kimi ustalıqla qələmə alan nadir tapılar.
Bu xatirələrində Nesin özünü acındırmaq deyil, o dövrün çatısmazlıqlarını özünəməxsus səkildə, bir az da türkün sözü “alaycı” tonda çatdırmışdır. Oxuyarkən, istər-istəməz insanın üzündə təbəssümlə yanası, keçirdiyi çətin günlərin əzabı da əks olunur.
Bursada olarkən, tanıslarının, dostlarının bu sürgün biridir, deyə üz çevirdiyini, pulsuzluq ucbatından ac qalmasın deyə, iki qızıl dişini çəkdirib satdığını, yanına gələn bir dostunun onunla xos danısıb, amma səhəri gün qəzetdə biabır etdiyini və daha nələr nələri yumoristik formada sizlərə çatdırır. Amma təəssüf ki, hər dəyərli insan kimi sağlıqında ona da qiymət verilməmisdir. Bu kitab onun çap edilmis 20-ci kitabıdır və oxuyucularına kitabını imzalarkən belə bir qeyd etmişdir ” İndiyə qədər çap etdirdiyim kitablarımdan 6.500 lirə (bizim pulla asağı-yuxarı 3.500 manat) qazandım”.
Bütün bir ömür, illər boyunca tökülən göz nuru, bir-birindən gözəl 20 şah əsər qarsılığında 6.500 lirə. Kitabın ön sözündə belə yazıb (orijinalına toxunmadan olduğu kimi yazıram).
“Üzərinde yasayanların hepsinin güldükleri, gülüstükleri bir dünyaya içimde sonsuz bir özlem var. Ömrümü kendi gücümle böyle bir işe harcamaktan sevinc duyuyorum”.
Çox heyif ki, ömrünü belə bir ideal işə həsr edən birinə layiqli qiymət verilmədi.
Lakin Aziz Nesin elə bir yazardır ki, bu qədər acıları, əzabları insanlar üçün gülünəcək halda təqdim etməyi bacardı. Həm bunları oxuyub insan qəhqəhə atarkən, süur altında bir acı, qəlbinin sızlamasını duyur.
Bir sözlə həyat hekayəsi..
Bu əsərlə məni tanış etdiyi üçün isə can dostum, gözəl insan Fariz qardaşıma dərin təsəkkür və hörmətimi bildirirəm.
Emin Səfərov