Qadin.NET / Elif Şafak – ”Baba və Piç”

Elif Şafak – ”Baba və Piç”

Elif Şafak – ”Baba və Piç”

Daha yenicə oxuyub bitirdiyim bir Elif Şafak romanı.”Baba və Pic”. "Bir varmış bir yokmuş. Tanrı’nın mahlukları tahıl kadar çokmuş; fazla konuşmak günahmış. Günahmış çünkü haddinden fazla konuşursan hatırlamaman gerekenleri hatırlayabilir, anlatmaman gerekenleri anlatmaya başlayabilirsin. Her ailede sırlar vardır saklı kalması gereken. Her ailenin günahları vardır kabir defterlerine kaydedilen. Olur da eline geçirirsen o defterlerden birini, orada rastgelebilirsin söze dökülmeyecek olana". Yazılarının heyranı olduğum, yazarım, Elif Şafak…
Bir qrupda rastladım bu romanın adına. Daha öncə heç rastlamamışdım, bəlkə də mənim gözümdən qacmış da ola bilərdi. Hər zaman diqqətdən kənarda qalmış, lakin parlayınca inciyə dönüşə biləcək fikriylə notebook-umun yaddaşına yüklədim romanı. 2005-ci ildə qələmə alınmış, mükkəmməl bir əsər. Dərin sevgi, ehtiras, qarşılıqlı hörmət, ailə dəyərləri, vətən sevgisi, milliyyətçilik bir sözlə bir həyat yerləşdirilib bir kitaba. Bir də hər zaman və hər yerdə mövcud olan qadına şiddət- TƏCAVÜZ. … Əsər yazara bir sıra çətinliklər törətmiş, məhkəməlik etmiş olsa da, oxucu kütlə tərəfindən tez bir zamanda sevilmişdir. Müsbət rəylər qazandırmışdır. Cünkü ilk baxışdan sezilməsə də, məntiqli bir şəkildə hər iki dövlıətin adət-ənənələrini, onların oxşar və fərqli cəhətlərini qarşı-qarşıya qoyur sanki. Oxuyarkən qat-qarışıq hisslərə qapıldım. Daha doğru nəticəyə varmaq ücün, daxilimdəki milliyətçilik duyğusundan azad olmağa calışdım. Əsəri bir Azəri türkü olaraq deyil, qeyri bir millət, vətəndaş olaraq, qəbul edib, incə-incə cözməyə başladım bu işi. Siyasi düşüncələri bir kənara qoyub, iki qonşu, düşmən dövlətin tarixcəsini vərəqlədim sanki. Dönə-dönə oxudum və tarixi niyə sevmədiyimi də anladım nəhayət. Ucu-bucağı görünməyən, dibsiz bir yoldur tarix. Hər kəs öz millətinə xas düşüncəylə, hər bir xalq özünü görmək istədiyi bir kecmiş yazmış… Yazar bir yandan türklerin adətlərini, dürüstlüklərini, dini inanclarını, ailə bağlarını möhkəmliyinin vurqulamışsa, digər yandan, ermenilərin mətbəxini, adətlərini ələ salırmışcasına acıq-aşkar qeyd edib. Digər bir məsələ isə 1915-ci ildə ermenilərin türklər tərəfindən soyqırımını oxucuya qəbul elətdirməyə calışmış sanki… Lakin əsər haqda müsahibəsində oxuduğuma görə, yazar qeyd edib ki: ”Bu roman başdan sona bir hayal eseridir”  İnşallah ki, belədir. Gələk romanımıza… Öncə qeyd edim ki, əsərin sonuna yaxın bu ailələrin bir-birilə bir bağı olduğunu öyrəndim və doğrusu təəccüblənməmiş deyildim. Hər ailə haqda qısa məlumat verəcəm. Roman əsasən iki ailə (bir Ermeni ailəsi və birTürk ailəsi) və bir gənc, gözəl, erməni ailəsində xoş qarşılanmadığı, ”odar” adlandırılaraq xor görüldüyü (odar-ermenicə,gəlmə deməkmiş) ailənin Amerikalı gəlini Rose-dan bəhs edir. Rose və Barsam bir-birlərini cox sevərək evlənmişdilər. Ər-arvad olaraq cox hörmətlə baqlanmışdılar bir-birinə. Barsam ailəsini həyat yoldaşına qarşı bir az anlayışlı olmalarına dəfələrlə, israrla dəvət etsə də, Rose elə onların gözündə “odar” olaraq da qalmışdı. Bu vəziyyət onsuz da bu ailənin ”qayda-qanunlarına” Barsama görə qatlaşan Rose ücün cox ağır və dözülməz idi və təəssüf ki, ip incəldiyi yerdən qırıldı bir gün. Onlar bir qızları olmasına baxmayaraq, boşandılar. Kiçik qız, məsum Armanuş anasıyla Arizonaya üz tutdular. Qızını sevə bilmək ücün arizonaya catar-catmaz vaxtilə erməni nənəsini adını qoyduqları Armanuşa Amy deye müraciət etdi Rose.  Beləcə iki iqlim, iki ailə, iki ad arasında böyüdü Armanuş. Erməni ailəsi – Cakmakcıyanlar… vaxtilə İstanbulda yaşamış, ziyalı, sadə və öz aralarında səmimi, mehriban ailədirlər. 1915-ci ildə istanbuldan türklər tərəfindən sürgün edilmiş bir cox erməni ailələrindən biri. Sürgün olunarkən ailə aqsaqqalları yolda ölən ölmüş, aclıqdan intihar edenler olmuşdur. Uşaqlarsa bir-birini itirərək ayrı düşmüşlər. Şuşan qardaşlarını itirərək ac-susuz yollarda bayqın qalır və bir türk ailəsi tərəfindən tapılır və saqlamlıqına qovuşur. İllər sonra bir təsadüf nəticəsində qardaşı tərəfindən tapılır Şuşan nənə. Milliyyətini, dinini, adını dəyişmiş Şəbnəm olaraq… Türk ailəsi—Kazancı ailəsi… Ata levent kazancı. Olduqca sərt. Özünün böyümüş olduqu ailəsi onun yaddaşında cox pis izlər buraxmışdır. Anası “bilinməyən” səbəbdən evi tərk etmişdi. kicik oğlu leventi atasına əmanət edərək, bir zərf və böyüyüncə oğluna verməsi diləkcəsiylə yaqut qaşlı, nar dənəcikli, qiymətli mücəvhər bir broş… Üc qız və bir oğulları var. Mən birbaşa əsərin baş qəhrəmanı, əsərin adıyla xüsusi bağı olan Zelihadan və onun qızı Asyadan bəhs edəcəm xüsusən. Zeliha—19 yaşında, tutucu, dindar, ağırbaşlı bir ailənin qızı olsa da, sərbəst həyat tərzi kecirən bir qızdır. Bir gün faciəli şəkildə hamilə olduqnu anlayır və arzu olunmayan hamiləlikdən qurtulmaq ücün kimsəyə bəlli etmədən xəstəxanaya üz tutur. Lakin son anda daxili bir hiss, bir qüvvə tərəfindənmi, nədənsə bu əməliyyat baş tutmur. Zavallı Zeliha yaşadıqı faciənin qurbanı və bundan xəbərsiz, günahsız olan yavrucağı “bic” damğasıyla dünyaya gətirir. Asya bu damğayla artıq 19 yaşındadır. Anasının onu dünyaya gətirdiyi yaşda. Anasıyla arasında nə qədər sevgi varsa da, bir o qədər məsafə dərin bir ucurum var. Dörd xalanın qızı olaraq böyümənin cətinliyini yaşamışdı uşaqlıqdan. O, anasına da xala “Zeliha teyze” deyirdi. Vəəə….bir də üzünü hec görmədiyi dayısı vardı—Mustafa. Mustafa Amerikada yaşayırdı-Arizonada… Bu yaşa qədər Asya artıq hamıdan “fərqli” olduğunu anlamışdı. Dəfələrlə, məktəbdə və hətta öz böyüdüyü ailədə belə nənəsi əsəbiləşən kimi, ona dilinin altında bu sözü ona deməkdən cəkinməmişdi. Heç bir açıqlama istəmədən, övladının başına gələn fəlakəti öyrənmədən ittiham etmişdi anası Zelihanı. Axı, Zeliha bunu necə acıqlaya bilərdi? Bu anasının sonu olardı deyə, bütün “yükün ağırlığını” üzərində daşımışdı On doqquz il. Ta ki o günə qədər……Asya atasını itirdiyi gün tapmışdı…“Telaffuz edilmemiş bir kelimeydi baba. Yoktu. Yokluğu geliyordu her tür varoluştan ve varlıktan once”

P.S. Son olaraq tam səmimiyyətimə sığınaraq onu da deyim ki, insan olaraq nə vaxtsa bir ermeni obrazı bəyənəcəyimi düşünməzdim. Armanuşu, atası Barsamı və Zeliha teyzenin sevgilisi Arama qəlbimdə bir istilik, sevgi duydum. Cünkü onlarda insani duyğulara və yüksək keyfiyyətlərə malik insanlardır. İnsannlığın milliyyəti yoxdur. Əsərdən bunu öyrəndim. Sizlərə xoş mütaliələr… 


Kübra İ-va

30 dekabr 2015
GO BACK