Qadin.NET / 550 səhifədə 4 günü yaşamaq

550 səhifədə 4 günü yaşamaq

 

550 səhifədə 4 günü yaşamaq

 

Kimdir dünyadan köçən? Sənsən dünyadan köçən”. Əminəm ki, hər bir oxucu kitabın bu ilk cümlələrindən təsirlənməmiş olmaz.
Ernest Heminqueyin müharibə mövzulu bu əsəri Ispaniyanın faşistlərlə mübarizəsindən bəhs edir. Faşistlərin keçəcəyi körpünü partlatmaqla vəzifələndirilən Robert Cordan ona köməklik edəcək qoca ilə birlikdə Pablonun başçılıq etdiyi dəstəyə qoşulur. Onlar bu işdə Robertə yardım etməli idilər.
Kitabın sonuna kimi körpünün partladılmagını gözləyirdim.
Əsərin əsas mövzusu da bu xətt üzərində gedirdi. Körpünü partladacaqları günə kimi dörd gün keçdi. Başqa sözlə desək siz bu 550 səhifəlik kitabda dörd günü yaşayırsınız. Lakin bu dörd gün Robertin həyatında çox şeyi dəyişə bilir. Nəticənin necə olmasına baxmayaraq Robert bu vaxt ərzində bir çox həqiqətin fərqinə varır. Həsrətində oldugu bir çox şeylərə bu insanlar vasitəsi ilə qovuşa bilir. Illərdən bəri yaşadıgı tənhalığını dörd günlük də olsa ovuda bilir.
Zaman…
Bax bu kitabda siz zaman məhvfumunun necə dəyərli və eyni zamanda necə amansız oldugunu görəcəksiniz. “Əgər bu sevginin uzun müddətli və davamlı olmasına ümid yoxdursa, qoy onda bu hiss heç olmasa güclü olsun”
Əgər diqqət etsəniz obrazların dioloqlarında gizlənən ölüm qorxusunu asanlıqla hiss edə biərsiniz. “Ölümdən qorxsan da, qorxmasan da, ölümlə barışmaq həmişə çətindir”
Qorxduqlarını bəlli etməyən hər bir dəstə üzvü əslində o məlum sonu çox yaxşı bilirdi. Lakin onları birləşdirən məqsəd sayəsində bu gerçəyi gözardı etməyi bacarırdılar. Hər kəs qorxaq olmadıgı ilə öyünürdü. Bu qorxusunu etiraf edən Pabloya nifrətlərində belə əslində onlar öz qorxularını basdırmağa çalışır, bunun acizlik olduğunu özlərinə təlqin etmək istəyirdilər. Heminqueyi məhz bu nöqtədən araşdırsaq müşahidə edərik ki, ölüm onu bütün heyatı boyu təqib edən kölgəsidir. Çox yəqin ki, elə buna görə də o bu qədər ustalıqla işləyə bilib bu mövzunu.
Əsərin məhəbbət romanı adlandıranlarla qətiyyən razı deyiləm. Bəynilməyən və müzakirə mövzusu olan bəzi səhnələr məndə qətiyyən qıcıq oyatmadı. Təsvirlər olduqca yalın və sadə idi.
Əcəl zəngi faşizm əlehinə yazılmış ən dəyərli nümunələrdəndir. Sonda Robert Cordanın dilindən deyilən bu sözlər demək olar ki, əsərin bütün mahiyyətini təsvir edir.
“Hər halda bacardığım qədər işlədim… Sən demək istəyirsən ki, indi də bacarığın var? Yaxşı qoy elə olsun, indi də
bacarığın var. Bütün bir ili inam bəslədiyin məslək yolunda vuruşdun. Əgər biz burada qalib gəlsək, hər yerdə
qalib gələcəyik… Dünya yaxşı məkandır, ondan ötrü vuruşmağa dəyər, mən bu dünyanı heç də tərk etmək
istəmirəm, bütün bunları tərk etmək istəmirəm, vəssalam….Düşünmək istəyirəm ki, hər halda burada faydalı bir iş
gördüm…”
Bu yerdə Santyaqonu xatırlamamaq günah olardı. Həmin qocanın mübarizliyi, yolundan, məqsədindən dönməzliyi, əzmi və qələbəyə inamı Robert Cordanda da hiss edilirdi. Labüd sona irəliləyərkən sönməyən ümidi, vəzifəsinə hörməti və məsuliyyəti onu kitabın ən müsbət obrazlarından biri edirdi.
“İndi sən burdan gedəcəksən, dovşancığım. Amma mən də səninlə gedəcəm. Nə qədər ki, birimiz yaşayırıq, o vaxtacan hər ikimiz yaşayacağıq. Əgər sən getsən, deməli, mən də gedəcəm. Bəyəm sən bilmirsən ki, belədir? Birimiz olan yerdə ikimiz də varıq.
Bu kitabda altını cızdığım çox cümlə oldu. Lakin bu fikir məncə Heminquey düşüncəsinin ən bariz nümunəsidir. Onun müharibəyə nifrəti, faşizmə olan etirazı bu əsərdə dolgun şəkildə ifadə olunub. Çox oxucu var ki, onu Remarkla müqayisə edir. Söz yox ki, Remark müharibə mövzusunda yazılmış ən təsirli və ən əhəmiyyətli əsərlərin yaradıcısıdır. Düzünə qalsa mən müqayisəyənin çox da önəmli olmadıgını hesab edirəm. Lakin bu əsərdən sonra onu deməliyəm ki, mən Heminqueyə daha fərqli bir gözlə baxacam. Remark da Heminquey də eyni ruhda olmasa da, eyni amalda mübarizə aparan yazıçılardır. Dinindən, dilindən və milliyətindən asılı olmayaraq insanlıgı və insan heyatının dəyərini müqqədəs sayan, hümanist ideyalar daşıyıcısı hər bir yazıçı mənim üçün dəyərli, önəmli və oxunmalı yazıçıdır.
Son vaxtlarda təriflənən , haqqında çox danışılan kitabları nədənsə bir o qədər bəyənmirəm. Bəyənilməyən kitablar isə əksinə çox xoşuma gəlir. Bu kitabda da eynisi oldu. Müharibə mövzusu sevdiyim bir janr oldugu üçün bu kitabdan çox şey gözləyirdim. Gözlədiyimi də ala bildim. Ilk olaraq Qoca və dənizlə başlayıb, sevdiyim Heminquey Klimancaro qarlarında məni bir az cəncələ saldı. Sonradan yazıçının həyatını araşdırıb oxuduqdan sonra hekayəni daha yaxşı başa düşdüm. Və ən sonda da “Əcəl zəngi” gözəl bir davam oldu.
Aygün ƏLƏKBƏROVA

29 dekabr 2015
GO BACK