“Bütün Remark sevənlər üçün”
Bu kitab nə ittiham, nə də etirafdır.
Bu yalnız müharibədə məhv olan nəsillərdən deyil,
həmçinin qəlpələrdən xilas olmalarına baxmayaraq
müharibə qurbanlarına çevrilən insanlardan bəhs etmək cəhdidir..!
“belə bir kitab min il ərzində bir dəfə yazilir”
leonard franklin
- siz 19 yaşlı paul boymeri tanıyırsınızmı?? Onun minalara düşmüş xəyallarından xəbərdarsınızmı? Sizin məktəb formanız bir göz qırpımında əsgər mundiri ilə dəyişildimi heç? Yaxud içinizdəki ağrılarınızı dəf etmək üçün, ayaqda qalmaq üçün ağrıyan yerinizi kəsib atmaq istədinizmi? Ən mühümü isə..bir insan həyatinda bütün bir müharibənin, qətllərin, itkilərin portretini gördünüzmü???
- onun adı paul boymer idi. 19 yaşlı paul cəbhənin otuz kilometrliyində dostları ilə səngərdə idi. Müəllimlərinə dediyinə görə “könüllü” getmişdilər. Onlara vətənin ehtiyacı var idi. Yeniyetmə çağlarının qan və cəsədlər üzərinə qurulacağını dərk etmirdilər. Hər şey sadəcə kitablarda yazılanlar çərçivəsində idi. Düşmən gəlir, onlar döyüşür, qazanır və qəhrəman olurlar. Kimisi medal alır, kimisi ad qazanır..bunlar hamısı portretin görünən tərəfləri idi..bir də sonrası vardı..canlı – canlı yaşayacaqları sonrası..canlı şahid olacağları ağıllarına belə gəlməzdi..
- kat, albert, müller, tyaden, leer, deterinq və paul.. Dəstə uşaqları yuxuda ikən bir – birinin nəfəsini dinləyərək ayaqda qalmağa çalışırdılar. Gözləri qarşısında əsl cəhənnəm baş verirdi. Qopan ayaqlar, itən barmaqlar, çıxan gözlər, yarımçıq arzular, yaşanmamış amma itkin düşmüş xəyallar.. Hələ arzuları demirəm..elə olurdu ki, kabinələrdə oturduqlarını xəyal edirdilər. Axx, lənət şeytana! Axı həyatları tükdən asılı idi. Buna görə həsrət qalacaqlarını bilirdilər əslində. Yaxşı yeməyə, rahat yuxuya, yanağı qırmızı lalələrə və dərin nəfəsə çəkdikləri qayğısız siqarlara...axi cəbhədə olan bir insanin qayğisina necə qalmaq olar?!
- onlar on həftə hərbi təlim keçdilər. Bu zaman ərəfəsində tərbiyələri elə dəyişdirildi ki.. Paul deyirdi, - on il məktəb həyatında bu tərbiyəni ala bilməzdik! Aclıq, ayağı kəsilənlər, iniltilər, susuzluq, qulaqbatıran güllə səsləri..onların aldığı tərbiyə ancaq bunlarla mübarizə üçün bir işə yaraya bilərdi..kat nə deyirdi? – “bax, əgər sən iti kartofa öyrədib sonra onun qarşısına ət qoysan, o yenə əti yeyəcək. Çünki bu onun qanındadır. Həmçinin sən insana bir balaca hakimiyyət həvalə etsən onunla da eyni cür olacaq!”
- yeniyetmə çağlarında universitet həyatı, gələcək planlar, yaxşı həyat və arzular düşünməsi lazım olan bu dağ ürəkli əsgərlər, ağrısız ölümü arzu edirdilər. Yaxud əsir düşməməyi, ağır yaralanıb ağrı çəkənə kömək edərək ağrını əbədilik susdurmağı..onlar qaçqınlar idilər. Özlərindən, həyatlarından qorxan on səkkiz yaşlı qaçqınlar..
- paul aylıq məzuniyyətdə evlərinə gəldiyi zaman nə düşünüb, necə davranacağını bilmirdi. Xəstə və yaşlı anası, göz yolda qalan bacısı üçün yarıcan idi. Ağrısa belə dinc dayanmalı, “orda sizə çox çətindir? Müharibədə qazanacağıqmı?” Tipdən suallara onları rahatladacaq şəkildə cavab verməli, lakin daxilindən heç vaxt canlı şahid olmamaqlarını arzulamalı idi..axı deyə bilməzdi ki, bomba qorxusundan əsgər şalvarını batırmışdı.. Axı deyə bilməzdi ki, yoxluq və soyuğa görə əsgər yoldaşının ayağının kəsilməsi halında ayaqqabı üstündə dava düşə bilərdi.. Axı deyə bilməzdi ki, tramvay səsi ona partlayan mina səsini xatırladır və o qorxur..insanlarla necə davranacağından, özündən qorxur..kemmerix ölüb, hay vesthus ölür, qans kramerin bədəni tikə - tikə parçalanıb, martinin ayağı yoxdur, meyer, marks, beyer həlak olub, 120 nəfər xəstəxanada ağır yatır..bütün bunlar çox ağrılıdır, amma bizə nə var? Biz ki, yaşayırıq..deyə bilməzdi axi..!
- paul ətrafdakılara qaynayıb qarışa bilmirdi. “-mənim anam, bacım, kəpənək dolu qutum və qırmızı ağacdan olan pianom burdadır, amma mən hələ də burada deyiləm. Aramızda bir pərdə var, keçilməli olan bir addım var..!”
- o, kitab oxumağı çox sevirdi. Klassikləri alanda dəst – dəst alırdı. Bəziləri baha olurdu, borc götürüb oxuyur, sonra qaytarmırdı. Onlardan ayrılmaq istəmirdi..amma indi..
- indi narahat idi.. Əvvəlki kimi o valehedici yel saçlarını oxşamırdı. Birinci dünya müharibəsi onun birinci dərəcəli hisslərini və birinci dərəcəli xəyallarını güllə boran etmişdi..
Paulun illəri səngərdə keçir..
Döyüş meydanında, qan gölməçələrində..
“...1918 – ci ilin yayı..
Yanan tarlalardan qalxan külək, sağalmaz səbirsizlik və ümidsizlik dalğası, ölümün öldürücü qorxusu və üzücü bir sual: nə üçün? Niyə buna bir son qoymurlar?! Axı son haqda bütün bu söhbətlər niyə yayılır?!
1918 – ci ildə hərbi məlumatlar verildi..qərb cəbhəsində yenilik yoxdur...”
Əslində isə yeniliklər çox idi..ölən insanların artan sayı və fəryadların gurluğu..
-kitabin tarixi haqqinda-
“qərb cəbhəsində yenilik yoxdur” ən azından 50 dildə 20 milyon tiraja yayılan, incildən sonra ən çox nəşr olunan remark şedevridir. Remarkın kəskin qələmi bu kitabla çoxların ciddi sillə çəkdi. Dəfələrlə qadağan edildi, nasistlər tərəfindən yığılaraq yandırıldı. Buna rəğmən hələ də təkrar – təkrar nəşr olunur və məlum dövr hadisələrinin canlı şahidi kimi öz sözünü deyir. Leonard franklin deyirdi ki, “belə bir kitab min il ərzində bir dəfə yazilir”
-müharibə nə üçün var?
Hansı ciddi səbəb insanların kütləvi ölümünə açıqlamadır??
Müharibə sonrası əsl fəlakətdir..
Dağıntılar, xəstəliklər, ölümlər, itkilər...
Deyirəm bəlkə nə vaxtsa..
Nə vaxtsa göyərçinlər havada qanad çalanda o səsi eşidəcək qədər sakit və sülh dolu bir dünya var olar..
Nə vaxtsa..
Hamimiza sülh dolu dünya və şərqilər arzu edirəm dostlar!
Səadət dadaşova