Qadin.NET / Qabriel Qarsia Markes – Bədbəxt gözəlçələrim

Qabriel Qarsia Markes – Bədbəxt gözəlçələrim

 

Bu Markeslə ilk tanishligim idi. Ïlk öncə onu qeyd etməliyəm ki, onun qələmi səlis ve axıcıdır. Onu yorulmadan ve sıxılmadan oxudum. Məzmun haqqında yazmaq istəmirəm. Fərqli bir sevgi hekayəsi idi desəm, haqsızlıq etmiş olaram. Çünki bir sevgi hekayəsindən daha çox bir insanin sona yaxınlaşma qorxuları daha çox diqqətimi çəkdi. Markes insan həyatının cavanlıq ve qocalıq mərhəllərini reallıqla təsvir edib. Qocalığın əlamətləri, yalnızlıq ve təkliyin bəhs olunduğu cümlələrdə insan tənhalığın soyuq nəfəsini hiss edə bilir. Və istər istəməz öz qocalığın barədə düşünürsən. Qəhrəmanın eşq ezabı çəkərkən keçirdiyi hiss ve həyəcanlar olduqca təsirlidir.

Onun qızı kral qızı Delqadinaya bənzətməsi, bəhs etdiyi klassik musiqilər, oxuduğu kitablarla baglı düshüncələri, teatr tamaşaları haqqındakı fikirləri: bütün bunlar oxucunun qəhrəmana daha real gözlə baxmasına yardımçı olur. Yazıçı bütün həyatını boş və mənasız əyləncələrlə keçirən ,sevgidən bixəbər bir ömrün məhəbbətlə rastlaşmasını təsirli şekilde canlandırıb. Sevginin cismimizdən daha çox beynimizdə və qəlbimizdə təzahür etdiyini anlatmağa çalişıb. Həmişə vaxtını dırnaqarası münasibətlərə sərf eden qəhrəmanın son günlerində məhəbbətlə qarşılaşması onu xoşbəxtiliyi idimi, yoxsa bədbəxtliyimi? Qərar vermək çətindir əlbəttə. Markes bununla oxucuya təlqin etmək istəyirik heç nəyə, heç kime gecikməyək. Həyat öz rəngarəng qatarıyla yanımızdan keçerkən onu görməzdən gəlməyək. Bəzən insanlar eşq iztirabından şikayət edir, kaş sevməsəydim, kaş görməsəydim, kaş bilməsəydim deyə uğursuz sevgilərini lənətleyirlər. Lakin gəlin, bir anlıq düşünək, bir anlıq fərz edek ki, 90 yaşina çatmışıq və əlimizi uzatdiğımızda yanımızda heç kes yoxdur. Biz dünyanı qarşısinda diz çökdürən, ən dahi yazarlara ve şairlerə cildlərə kitablar yazdıran, iztirablı gûnlər, yuxusuz gecelər, nakam taleler bəxş eden, bəzən onların intiharina səbəb olan, bəzənsə bir ömür diri ölüyə döndərən eşqdən bir qətrə belə nəsibimizi ala bilməmişik… Və biz əbedi yalnızlıq dənizin son limanina, son dəfə lövbər salmışıq. Ûrkûdücüdür, deyilmi? Markesin de dediyi kimi: ” Aldanmayın, düşünməyin ki, intizarında olduğunuz və ümid etdiyiniz şeylər gözünüz gördüyündən çox yaşayacaq.”

Aygün Ələkbərova
1 yanvar 2016
GO BACK