“Üç yoldaş”- Remarkın bu əsərini daha çox sevdim. Hətta bu əsər Remarkı mənim ikinci sevimli yazarıma çevirdi. Əsərin mövzusu müharibədən sonrakı həyat, yaşayış… Xarakterce bir-birindən frqlənən üç insan müharibə zamani eyni səngərdə döyüşdüyü üçün düşdükləri vəziyyəti onları bir ömürlük yoldawlıqla birləşdirmiş, bağlamişdır. Hadisələr Robertin dilindən söylənilir. Robbi bir az utancaq, çəkingən, sevgiyə, insanlara dəyər verən tipdir. Onun Patrisiya (Pat) ilə olan sevgisi insanların nə qədər ağrı-acı çəksələr də, uğursuzluqlara düçar olsalar da, müharibəyə görə yenə də sevgiyə,məhəbbətə inamlarını itirmirlər fikrini aşılayır. Robbi də ən dəyərlisini qorumaq üçün, onunla olan xoşbəxtliyini qorumaq üçün əlindən gələni edir. Əsl fedakarlıqları edir. Bu yolda yoldaşları da ona yardımçı olur.
Əsas səbəb dostları -Robbi (Robert) xoşbəxtdir. Onlar buna nail olmayıblar, heç olmasa yoldaşının xoşbəxtliyini qorusunlar…
Ən çox sevdiyim Qottfrid Lens məzəli, pozitiv, dərdini kiminləsə bölüşməyən, yalnız müsbət aurasıyla insanlara təsir edən biridir. Əsər boyunca Lenslə bağlı pozitiv səhnələrə rastlayırsan. Hətta müharibə zamanı bir neçə dəfə yaralansa da, həyata qarşi sayıqlığını itirməyən bir obrazdır.
Otto Kester – müdrik təmkinli, çox danışmağı sevməyən biri olsa da, yoldaşları üçün lazımı anında fədakarlıq edən bir şəxsdir.
Yazıçı əsərdə müharibələrin insan həyatına, düşüncəsinə necə ağır zərbələr endirdiyini ustalıqla təsvir edib. İstər nümayiş zamanı, istər sanatoriyadakı insanların yaşayışında, çətinliklərində… 30 yaşını haqlamış insanların çoxunun xəstəlikdən əziyyət çəkərək ölməsi məhz onların uşaqlığı müharibəyə təsadüf etməsi, aclıqdan, düzgün qidalanmamasından irəli gəlir. Müharibədə heç vaxt qalibiyyət yoxdur. Yalnız ve yalnız MƏĞLUBİYYƏT vardır. Cavan ikən can sağlığından olmaq, doğmalarını itirmək,i stedadını məhv edib boğmaq, sevincini, həyat tərzinin istiqamətini itirmək, inamı, ümidi yox kimi saymaq vardır müharibədə. Qazanılan da var – vəhşilik, kobudluq, əsəb, stress, sarsıntı, daim itirmək qorxusu….
Remark hər cəhəti ilə əsərlərində müharibəyə yox deyən bir yazardır. Təbii ki, bunu öz gözləri ilə görməyən, yaşamayan, bu cür təbii dolğun təsvir edə bilməzdi….
Gülnar Quliyeva