Qadin.NET / Aleksandr Belyayev – Professor Douelin başı və Amfibiya adam

Aleksandr Belyayev – Professor Douelin başı və Amfibiya adam

 

 

Etiraf edim ki, Belyayevdən oxuduğum ilk kitab idi.Öncə Belyayev kimdir?Elmi-fantastikasının əsasını qoymuş Sovet yazıçılarından biridir.1884 cü il 16 martda Smolenskdə pravoslav keşişin ailəsində anadan olub. Bacısı və qardaşı xəstəlikdən vəfat etdikdən sonra atası onu öz işini davam etdirməyə məcbur edir və buna görə də onu dini seminariyaya göndərir. O, atasının istəyinə qarşı çıxır və Aleksandr seminariyanı ateist olaraq tərk edir. Yeraslavlda yerləşən Demidov hüquq liseyinə qəbul olur. Atasının ölümündən sonra özü pul qazanmağa məcbur olan Alkeksandr, müəyyən müddət teatr üçün dekorasiyalar çəkmək, orkestrda musiqiçilik və repititorluq kimi işlərlərlə məşğul olsa da, qısa müddət ərzində tanınmış hüquqşünasa çevrilir.Lakin bu uzun müddət davam etmir.O hüquq sahəsin tərk edib ədəbiyyat sahəsinə keçir.Lakin amansız xəstəlik onu 35 yaşında haqlayır.Tuberkulyoz-plevrit xəstəliyinə tutulur və 6 il yataq xəstəsi olaraq qalır.Bu müddət ərzində həyat yoldaşı -Mən xəstə birinə qulluq etmək üçün ailə qurmamışam -deyə onu tərk edir.1942 ci ilin 6 yanvarında İkinci Dünya müharibəsi vaxtı acından vəfat edir.
“Professor Douelin başı”, “Sifətini itirmiş insan”, “Yatmayan insan” və “Hoyti-Toyti”,”Kes Ulduzu” “Amfibiya insan” “Əbədi insan” “Ariel” və s kimi əsərləri ilə məşhurdur
Haqqında danışmaq istədiyim birinci əsəri Professor Douelin Başı əsəridir-Roman janrında yazılmış bu əsər fantastika sevərlər üçün ideal bir əsərdir.Aleksandr bu romanı həyat yoldaşı Marqarita Konstantinovna Belyayevaya həsr etmişdir.Roman ilk dəfə 1925ci ildə “İşçi qəzeti”ndə çap edilmişdir.Romanda professor Kerrinin cinayəti və onun köməkçilik etdiyi professor Douelin ölmüş bədəninin başı lə mübarizəsindən bəhs edilir.O Douelin başına can verərək sanki onu yaşadır.Kerrinin arsızlığı qarşısında Douelin başı ona təslim olmur ,ona verilən zülmlər qarşısında Kerrinin hiylələrini dəf edir.
AMFİBİYA İNSANI(ADAMI) -adlı romanda isə insan həyatının bir-birinə əks dramatik anları ön plana çəkilir.Cərrah Salvador insan bədənini qüvvətləndirmək onu yer üzərində zənginlik sahibinə çevirmək dənizlərin okeanların sirlərini öyrənmək,əməliyyat əsasında insanı suda-quruda yaşaya bilən canlıya çevirmək istəsə də buna nail ola bilmir.bütün bu hadisələrin axışında insan-balıq gücünü itirir özünə qapanır və dəniz sahilində Quttirenini görüb aşiq olur.Sonluqda bu sevginin qeyri-mümkün olduğunu dərk edir və dramatin anlar yaşayır.Belyayevin bir sıra əsərləri dünya dillərinə tərcümə edilib sevilərək oxunur.
Xəyalə Həsənova

24 dekabr 2015
GO BACK