Qadin.NET / Marie Lu "Efsanə”, “Deha”, “Şampiyon”

Marie Lu "Efsanə”, “Deha”, “Şampiyon”

 

Marie Lu "Efsanə”, “Deha”, “Şampiyon”

 

Bu seriyanın adı ilə tez-tez rastlaşırdım, ancaq baş qəhrəmanların 15-16 yaşında olduğunu bildiyimdən uzaq dururdum. Ancaq o qədər qarşıma çıxmağa başladı ki, oxumağa qərar verdim.

Kitab anti-utopya janrındadı, Pegasus yayınlarından çıxıb, çox bəyəndiyim orjinal qapaqlar istifadə olunub. Və ümümilikdə 1200 səhifə civarındadı.

Seriyada üç kitab var – “Efsanə”, “Deha”, “Şampiyon”. Oxuyanlar daha çox üçüncü kitabı bəyənib, səbəbbini bilməsəm də çox ağladıqlarını deyirlər. Mən isə birinci və ikinci kitabı daha çox sevdim, üçüncüdə əməlli yavaşladı sürətim. Mən oxumamışam, amma deyilənə görə, “Aclıq Oyunları” seriyasını sevənlər sevər.

Marie Lu çinli olduğu üçün bəzən çin ədəbiyyatına aid edilir kitablar. Ancaq tipik populyar Amerika yayımıdı. Yazarı Marie Lu çox şirin görüntülü 31 yaşlı bir xanımdı. 5 yaşından etibarən Amerikada yaşayır. Disney studiyalarında video oyun dizayneridi. Kitabdakı diktatora birlikdə yaşadığı latın sevgilisi Primonun adını verib. Qısaca mövzuya gələk.

Kitabda Amerikanın bir seldən sonra Kolonyalar və Cumhuriyyət deyə iki ölkə ayrıldığı tamamən militarist bir cəmiyyətin anladılır.

 

Marie Lu "Efsanə”, “Deha”, “Şampiyon”

 

Cumhuriyyət diktator Seçmen Primi tərəfindən idarə olunur. Kasıblar və zənginlər ayrı-ayrı ərazilər də yaşayır. Ən seçkin sinif hərbiçilərdi. Bu ölkədə uşaqlar 10 yaşında imtahana alınır və imtahanı keçə bilməyənləri işçi düşərgəsinə aparırlar. Əslində isə labaratoriyalarda vəba sınaqlarında istifadə edilirlər. Kitabın qəhrəmanı 15 yaşlı Day oradan qaçan yeganə uşaqdır və cumhuriyyətə qarşı tək başına savaş verən bir xalq qəhrəmanıdı. Kitabın digər qəhrəmanı June isə Cumhuriyyətdə ən yüksək dərəcə sahibi əsgərdir. Hər şey Juneun qardaşı Metiasın ölümündə Dayin günahlandırılması ilə başlayır. Cumhuriyyətin ən çox axtarılan cinayətkarı ilə ən gözdə əsgərinin yolları kəsişir, əlbəttə ürəkləri də. İkisi də inancları ilə çətin bir sınaqdan keçir. Cumhuriyyət Juneun ana-atasını, sonra isə dünyada ən sevdiyi varlığı qardaşı Metiası əlindən alıb, Dayin anasını gözü önündə öldürüb, qardaşını da. Ölkələrinin o qədər də məsum olmadığını, terror təşkilatı olaraq bildikləri Vətənsevərlərin onlara göstərildiyi kimi canavarlar olmadıqlarını öyrənirlər. Kolnyalarla Cumhuriyyət arasındakı savaşın gerçəkliklərinin onlardan gizlədildiyini, Kənardan ən yaxşı dövlət olaraq gördükləri ölkələrin fərqli ama kökdə diktaturaya dayanan idarəsini kəşf edirlər.Sonra yenə və ölkəyə yardım etmək üçün əsgər June, xalq qəhrəman Day, seçmen oğul Primo, xain kimi tanıdılan Vətənsevərlər birləşir və gücləri xaricində olan bir savaşa girir. Bu savaşı qazana biləcəklərmi ? Daha da önəmlisi ölkələrini normallaşdıra biləcəklərmi ? Və June və Day, bir-birindən fərqli bu iki insan bir yerdə ola biləcəkmi ?

Bu seriya xoşuma gəldi, çünki xitab etdiyi yaş daha aşağıdan başlayır. Hələ ilk yeniyetməliyini yaşayan gənclərə vətən, diktatura, azadlıq, dövlət şiddəti, qarşı hərəkat, etiraz, müharibə, terrorist kimi məfhumları sorğuladır. Kitabda o qədər aksiyon-hərəkət var ki, səhifələr necə bitir bilmirsiniz.

Arzu Məmmədova

10 dekabr 2015
GO BACK