Qadin.NET / Nikolas Sparks-"Gündəlik"

Nikolas Sparks-"Gündəlik"

 

Nikolas Sparks-"Gündəlik"

Nikolas Sparks “Gündəlik”

 

2014-cü il sentyabr ayının 21-ci günü idi...

 

 

Həmin gün Kitabsevərlərin öz daxili imkanları hesabına araya, ərsəyə gətirdiyi Nikolas Sparksın “Gündəlik” əsərinin təqdimatı oldu. O yağışlı axşamda, şam işığında həmin gecəmin dostu “Gündəlik” oldu.

 

 

Roman Noyun özünün də qeyd etdiyi kimi, romantiklərə görə, bir məhəbbət hekayəti, rişxənd adamlara qalsa əgər bir faciədir. Hər halda özümü romantiklər sırasında görüb Mən də bu əsəri bir “borclu məhəbbət” hekayəti adlandırdım. Niyə borclu, çünki nikahın əsasını məhəbbət hissi ilə borc və məsuliyyət hisslərinin vəhdəti təşkil edir. Məncə Elli də özünü sadiq Noyun 14 illik sevgisinin qarşısında “sevgi borclusu” düşündü. Qayıtdı və o sevgi borcunu bir ömür boyu ödədi.

 

 

Bəzən insanlar məntiq-məntiq şüarıyla öz aləmlərində ağıllı hərəkət edib ürəklərinin səsin dinləmirlər sonda "ağıl"ları onları məğlub etsə də bunu etiraf edə bilmirlər. Etiraf etməyə içlərindəki “mən” eqosu imkan vermir. Ürəyim Məni heç vaxt aldatmadı... Mən ürəyimin səsin həmişə dinləmişəm. Elli də ürəyinin səsini dinlədi…

 

 

Zaman bizi həyat yoldaşı, ömür-gün yoldaşı seçmək azadlığı ilə sınayır. Düşünürəm Elli də bu sınaqdan cəsarətli addım ataraq üzü ağ çıxdı.

 Bəzi insanlar “mən romantik deyiləm”, “sevgiyə inanmıram” deyir, əslində isə bu sözləri deyərək sadəcə özlərini lovğa insanlardan sığortalıyırlar. Və dilə gətirib, etiraf etməyə sanki özlərinin eqoları imkan vermir. Hər halda etiraf etmək böyüklükdü, hamımız başarsaq, yubanmasaq yaxşı olar.

 

Hər insana nəsib olmur bir ömür gündəliyinin son səhifələrində belə sevdiyindən yazması, hər taleyə qismət olmur sevgi duasının qəbul olması, hər cütlüyə nəsib olmur sevgi nəğməsini ömür boyu birlikdə oxuması, hər sevilənə qismət olmur sevdiyinin “səni sevirəm” pıçıltısını eşitməsi, hər övlada nəsib olmur bir sevən cütlüyün övladı olması. Bunları yaşayan və yaşadan cütlük olaraq Noy və Elli özlərini xöşbəxt saya bilərdilər, amma Noyun özünün də qeyd etdiyi kimi, “zaman tutduğumuz yolda irəli getməyimizi çətinləşdirir”. Elə o zamanın bir ömür boyu yığılıb qalmış daşlar və çınqıllarla dolu olan yolunda bu cütlük qalib yoxsa məğlub çıxdı? Bax bu suala cavab tapmaq istəyiniz varsa və siz sevən ürəyinizin olduğunuzu düşünürsünüzsə, sadiq Noyun və cəsarətli Ellinin sevgi dolu hekayət ilə mütləq tanış olun.

Əsər 1996-cı ildə yazılsa da, film kimi ekranlara 2004-cü ildə çıxdı. Rejissoru Nick Cassavetes olan bu filmin büdcəsi 29 000 000 dollar təşkil edir. Baş rolları Ryan Gosling və Rachel McAdams canlandırıb.

 

Romanın sonunda bu nəticəyə gəldim ki, həyatımızda kimisi üçün “sevgi”, kimisi üçün “hörmət”, kimisi üçün “bağlılıq” adlanan o, məvhum var. Var olan O, məvhumun həyatımızda bir ömür boyu var olması diləyi ilə…

 

 

Birdə bütün varlığımızla inanaraq "Məni başqalarına sevgi ehtiyaclısı etmə, sadəcə özünə sevgi borclusu et" deyə biləcəyimiz biri lazım...

 

 

21 sentyabr 2014-cü il   İlahə Eldarqızı

 

25 noyabr 2015
GO BACK