Hər oxuyanda yeni məna tapacağınız 10 modern klassik kitabı sizə təqdim edirik. Hansıları oxumusunuz? Fikirlərinizi bizimlə bölüşməyi unutmayın.
1. Dəmir daban(Jack London)
Cek London "Dəmir Daban"ı ilk dəfə 1907-ci ildə nəşr etdirmişdir. "İşçi sinfinin yazısı" olaraq tanınır.
2. Ay İşığı küçəsi (Stefan Zweig)
İlk nəşri 1922-ci ildə reallaşmışdır. Kitab beş hekayədən ibarətdir.
3. Ruth (Lou Andreas-Salomé)
İlk dəfə 1895-ci ildə nəşr olunan əsr Nietzschedən Rilkeyə, Tolstoydan Freuda qədər təzadlı münasibətlər yaşayan yazıçı qadının ən yaxşı əsəridir. Əsərdə Ruth ənənəvi həyat sistemində özünü axtaran qadındır.
4. Bir Saf Dilin Gündəliyi (Arkadiy Averçenko)
Məşhur rus yazıçısı və yumoristi Arkadi Averçenko 1920-ci illər bolşeviklərin Krım istilası səbəbi İstanbula gedər. Bu əsərdə, rus qaçqını olaraq İstanbuldakı, sonra Praqadakı günlərindən bəhs edər.
5. Görünən Qaranlıq (William Golding)
Yaxşı ilə pis, gözəllə və çirkin mübarizəsi heç bir dövrdə bitməz. Bu əsər bu mübarizənin modern dünyadakı görünən üzlərini ələ alır. Teror, cinsi əlaqə kimi mövzular ən başdadır.