Bu dəfə sizə çoxdan oxuduğum bir kitab haqqında danışacağam. Dostoyevskinin “İdiot” əsəri haqqında. Ümumiyyətlə, Dostoyevskinin yaradıcılığı mənim çox xoşuma gəlir. Bəlkə də əsərlərində tibbi nüanslara çox yer verildiyinə görədir, deyə bilmərəm.
Əsərin əsas xəttini bir vaxtlar İsveçrədə müalicə alan epilepsiya xəstəsi olan prins Mışkin və onun ətrafındakı insanların mənəvi faciəsi təşkil edir. Mışkin getdiyi hər yerdə öz saflığı ilə insanların diqqətini çəkir. Bu insanlar arasında onun Peterburqdakı uzaq qohumu Lizaveta Prokovyevna və onun qızları Aqlaya, Adelaida və Aleksandra da var. Və bütün cəmiyyətin əxlaqına görə qınadığı və bəyənmədiyi bir qadın - Nastasiya Filippovna da bu insanlar arasındadır. Sevə-sevə oxuduğum bu kitabı sizin də oxumağınızı məsləhət görərdim. Bundan əlavə, sizə əsər əsasında çəkilən serialın birinci seriyasını (maraqlı olsa, digər hissələrini də youtube-dan izləyə bilərsiz) və kitabın elektron variantını təqdim edirəm.