Qadin.NET / "Özünə aid bir otaq" Virciniya Vulf

"Özünə aid bir otaq" Virciniya Vulf

 

 

"Özünə aid bir otaq" Virciniya Vulf

Virciniya Vulfdan ilk oxuduğum əsər oldu. Bir kitab, ancaq bu qədər gözəl ola bilərdi. Xüsusilə, qadınların, yazıçı olmaq istəyən qadınların oxumalı olduğu kitabdır. Kitabda əsrlər boyu, günümüzdə də beyinləri yoran sual olan "niyə qadın yazıçılar azdır?" sualına cavab  tapacaqsınız. Niyə qadın yazıçılar bu qədər azdır? Niyə qadın yazıçılar kişilər qədər məşhurlaşa bilmir?  Bu suallara araşdıraraq cavab verir, Virciniya. Əsər ədəbiyyat dünyasının feminist məqaləsi hesab olunur.

"Özünə aid bir otaq" Virciniya Vulf

Qadınları müdafiə edərkən, kişiləri daş-qalaq etmir. İki cinsiyyətində nifrətini pisləyir. Bir-birinə nifrətlə qələmə alınmış kitabları tənqid edir. Qadın yazıçıların kitablarını təhlil edir. Hansı düşüncə ilə yazdıqlarına aydınlıq gətirir. Azad qadın düşüncəsi ilə, yoxsa dövrünü tələblərinə tabe olaraq mı yazıblar?  Kişi yazıçıların qadınlar haqqında yazdıqları kitabları təhlil edir. Ədəbiyyatdakı qadınla real həyatdakı qadını qarışlaşdırır. Aralarındakı uçurumu göstərir. Qadınların ədəbiyyatdakı yerinin dövrlərə görə necə dəyişdiyinə şahid olacaqsınız." Bir qadın olmaq və yazmaq arzusu ilə doğulan qadın olmaq nə deməkdir?" bu suala cavab tapacaqsınız. 

Kitab axıcı olmaqla yanaşı, sətiraltı mənalarla doludur. Bəzi cümlələri oturub düşünmədən keçə bilmirsən. Kitabda bir çox yazıçı və şairin adı çəkilir. 

Kitabın son səhifələri Virciniya Vulfun qadınlara tövsiyəsi ilə bitir. Qadınlara heç nəyə görə öz xəyallarından və məqsədlərindən əl çəkməməyi tövsiyə edir. 

Kitabdan bəzi qeydlər:

"İnsanın özündən başqa kimsə olmağa ehtiyacı yox idi"

"Təhsil, oxşarlıqlardan çox fərqlilikləri ortaya çıxarıb gücləndirməli deyilmi? Onsuz da həddindən çox oxşarlığımız var."

 

 

Müəllif: Ustaclı

4 yanvar 2019
GO BACK