Qadin.NET / Eşq ağrısı üçün 3 kitab

Eşq ağrısı üçün 3 kitab

Eşq ağrısı üçün 3 kitab

 

“Eşq mi, Asılılıq mı?”, Walter Riso

Modern psixologiyada əməyi olan yazıçılardan biridir. Bu kitabla eşq ağrısının öhdəsindən gələ bilərsiniz. Duyğusal asılılıqdan və ondan xilasın yollarından bəhs edir. Sizi zəhərləyən münasibət yaşadığınızı düşünürsünüz? Münasibətinizi daha sağlam hala salmaq üçün gözəl başlanğıc olacaq.

 

Eşq ağrısı üçün 3 kitab

 

 

“Səni unutmaq çox çətindir”, Mariela Michelena

Psixoanaltik Mariela Michelenanın araşdırması haqqında danışaq. Bu kitab, xüsusilə, qadınlar üçün hazırlanmışdır. Özünüzü geri dönüşü olmayan nöqtədə hiss edirsinizsə, bəlkə də ehtiyacınız olan bu kitabdır.

Bəzən bir münasibətin sonunda səhifəni çevirmək imkansız olur. Davam etmək istədiyiniz halda bunu edə bilmirsiniz. Günahkarlıq hiss edirsinizsə, keçmiş münasibətinizi xatırlamağa davam edirsinizsə, bu kitaba göz atın.

 

Eşq ağrısı üçün 3 kitab

 

 

Elizabeth Gilbert’in qələmindən “Ye, Dua Et və Sev”

Filmi çəkilmiş kitab. Boşandıqdan sonra yolunu itirən bir qadın, onu İtaliya, Hindistan və İndoneziyaya aparacaq səyahətə getməyə qərar verir. Avtobioqrafik əsərdir. Ürək ağrısından və zəifliklərindən güc alaraq əlindəkindən daha yaxşısını axtardı. Bu kitab psixoloji baxış bucağı ilə yazılmasa da, bir çox insana ilham verə bilər.

 

Eşq ağrısı üçün 3 kitab

 

31 dekabr 2018
GO BACK