Qadin.NET / "Kor Bayquş" Sadiq Hidayət

"Kor Bayquş" Sadiq Hidayət

"Kor Bayquş" Sadık Hidayet

"Kor Bayquş" Sadiq Hidayət

Belə kitablar çox qeyri-adi hallarda çıxır insanın qarşısına. Nazik amma dolu kitab idi. Kitabı bitirdikdən sonra tam anlamadım. Amma kitabın sonun müəllif haqqında olan hissəni oxuyandan sonra hər şey yerinə oturdu. Müəllifin həyatı haqqında biləndən sonra əsəri daha yaxşı başa düşmək olur. Əsər yazıçının ruhi halını əks etdirir. Reallıqla xəyal arasında gəlib gedir. Nəyin baş verdiyi nəyin baş vermədiyini anlamaq çətinləşir. Cümlələri intihar qoxuyur. Yazıçının intihara olan meylini asanlıqla hiss etmək mümkündür.

"Kor Bayquş" Sadiq Hidayət

Başlıqda müəyyən hadisələrə olan laqeydliyi insanın beynində sual yaradır. Bu qədər həssas mövzulara toxunan obraz necə laqeyd olmağı bacarır, əli qana necə soyuqqanlılıqla bulaşır. Oxumağa davam etdikcə isə nəyin nə olduğu qarışır bir-birinə. Xaotik hal alır. Yazıçının təsvir gücünü çox bəyəndim. Kitabın cümlələri isə kədərə qərq edir. Düşüncələrə dalırsan, oxuyub bitirmək istəmirsən. Bu kədərdən xilas olmaq istəmirsən. Hər cümləyə bir əsər bəxş etmək istəyirsən.

 

Romanda bəyəndiyim cümlələrin bir qismi;

"Həyat təcrübələrimdən bu nəticəyə gəldim ki, başqaları ilə mənim aramda qorxunc bir uçurum var, anladım, bacardıqca susmalıyam, bacardıqca düşüncələrimi özümə saxlamalıyam. Və indi yazmağa qərar vermişəm, bunun tək səbəbi, özümü kölgəmə tanıtmaq istəyidir."

 

"Özümü bütün ruhumla unutmağın yuxusuna buraxmaq istəyirdim. Unutmaq mümkün olsaydı, unutmaq davamlı olsaydı, gözlərim bağlansaydı da azar-azar yuxunun ötəsinə, mütləq heçliyə basdırılsaydım, varlığımı artıq hiss edə bilmədiyim nöqtəyə çatsaydım, bir mürəkkəb damlasında, bir musiqi ahəngində və ya rəngli bir işıqda əriyib gedərdim və sonda dalğalar, şəkillər elə böyüyərdi ki, hiss edilməyinin içindən silinir, yox olardılar. "

 

"Fəqət indi aynaya baxdım, tanıdım özümü: Xeyr o köhnə "mən" ölmüşdür, çürümüş dağılmışdır, amma indi aramızda heç bir sədd, heç bir maneə yoxdur."

 

Ustaclı

21 fevral 2018
GO BACK