1. Bu il oxumaq istədiyiniz kitab sayını müəyyənləşdirin. Real rəqəm seçməyə cəhd edin. Oxuma sürətinizi nəzərə alın.
2. Günlük oxumağa cəhd edin. Günlük 30 dəqiqə və ya 20 səhifə oxuya bilərsiniz. Bir günə 100 səhifə oxumağı özünüzə məcbur etməyin.
3. Qiraət üçün ən uyğun yerinizi müəyyənləşdirin. Yatmadan əvvəl yataq kitab oxuyanlardan ola bilərsiniz yaxud nəqliyyatda kitab oxuyanlardan ola bilərsiniz.
4. Evdə oxu mühiti yaradın. Sizi həvəsləndirən mühit yaratmağa cəhd edin.
5. Kitabxanaya gedin və oxucu bileti əldə edin. Bütün kitabları almaq imkanınız olmaya bilər, amma kitabxanadan istifadə edə bilərsiniz.
6. Kitabı özünüzlə daşıyın. Boş vaxtın sizi nə vaxt yaxalayacağını müəyyənləşdirə bilmərsiniz.
7. Telefonuzdan qiraət üçün istifadə edin. Telefondan istifadə daha rahat olduğu üçün, daha çox kitab oxumağınıza kömək edə bilər.
8. Audio kitablara qulaq asmağa başlayın.