Qadin.NET / Möhtəşəm bir gecə - Stefan Zweig

Möhtəşəm bir gecə - Stefan Zweig

 

 

Möhtəşəm bir gecə - Stefan Zweig

 

Alman dilindən türk dilinə tərcümə edən: İlknur İgan

69 səhifə

Stefan Zweigdən ilk dəfə bir əsər oxuyuram. Kitabı oxuduqdan sonra düzgün kitabla başladığıma əmin oldum. Əsər sanki bu rəsmdəki inanılmaz bir gecədən bəhs edirəm deyirdi. Kitabın arxasında yazıçı və kitab haqqında məlumat var. Yazıçını həyat yoldaşı ilə birlikdə intihar etdiyini oxuyanda, marağımı daha da artdı.

Kitabın arxasında, duyğusuz və vecsiz bir insanın etdiyi səhvlə bir gecədə bataqlığa düşüb və ordan zirvəyə yüksəlməsindən bəhs etdiyi yazılmışdı.

 

Möhtəşəm bir gecə - Stefan Zweig

 

 

Yazıçının təsvir gücü çox xoşuma gəldi. Adi bir baxışı, hadisəni təsvir edərkən incə məqamlara toxunmağı gözəl bacarıb. Bir insan bir gecədə necə dəyişə bilər deyə düşündürür.

Əsas obraz həyatındakı hadisələrə pəncərədən yağışa baxırmış kimi baxdığını deyir. Həyatında müşahidəçiyə çevrilmiş insanı, bundan gözəl necə təsvir etmək olardıki..

Obrazın keçirdiyi hisləri ifadə tərzi çox maraqlıdır. Törətdiyi cinayətlə xeyirxahlığı dərk etməyə başlayır. "Siddharthada" deyildiyi kimi, bir insanın içində həm pislik, həm də yaxşılıq var. Törətdiyi cinayətlə yaranan vicdan əzabından qaçmaq üçün şəhərin küçələrini gəzməyə başlayır. Vaxtilə görmədiyi üzləri, hisləri, həqiqətləri görməyə başlayır. Hiss etmədiyi hisləri hiss etməyə başlayır.

Oğurlamaqla bəxş etmək arasında necə bir oxşarlıq ola bilərki? Yazıçı oğurlamaqla bəxş etməyi öyrənən insanın hekayəsini qələmə alıb...

 

 

Ustaclı

25 sentyabr 2017
GO BACK