Naməlum birinin həyat hekayəsindən düzəldilmiş bir adada öz ayaq izlərinizə rast gələ bilərsiniz. Daha öncə oradan bir yad kimi keçdiyinizin xatirsəini addımlarınıza vurar və ancaq indi onun nə məna kəsb etdiyini anlayarsınız. Bəzi mənalar illərdən sonra qazanılır. Bəzi kitabları illər sonra oxuduğumuz vaxt keçirdiyimiz hislər kimi. Bəzi kitabların ancaq illər sonra oxuna biləcəyi həqiqətini yenidən oxuduğumuzda anlayırıq.
Muratxan Munqan
Dünyanın ən böyük kitabı isə “Dəniz qaydalarının toplusu” adlanır. Onun hündürlüyü insan boyundan uzundur, eni 1 metrdir, qalınlığı isə yarım metrdən çoxdur. Bu kitab Amsterdamda muzeydə saxlanılır.
Dünyada ölçüsünün kiçikliyinə görə 12 kitab mövcuddur. Onları birlikdə bir xörək qaşığına yerləşdirmək mümkündür. Bu kitabların sırasında müqəddəs kitabımız “Quran” da var.
Dünyanın ən kiçik kitablarından biri də 1899-cu ildə Varşava şəhərində hazırlanıb. Puşkinin 100 illik yubileyi şərəfinə hazırlanan “Yevgeni Onegin” kitabının ölçüləri 28x18 millimetrdir. Bu kiçik kitabın hər səhifəsinə 30 sətir yerləşdirilib. Kitab üçün xüsusi medalyon da hazırlayıblar. Medalyonun içərisinə kitabla yanaşı onu oxumaq üçün kiçik linza da qoyulub.
Dünyanın ən böyük tirajlı kitabı “Bibliya” sayılır. Bibliyanın bu günə kimi 6 milyard nüsxəsi çap olunub.
Dünyanın ən bahalı kitabı Leonardo da Vinçinin “Lester kodeksi” sayılır. Qiyməti 30 milyondan bir az artıq dəyərləndirən bu kitab Bill Qeytsə məxsusdur.
Ən böyük lüğət kitabı sayılan “Alman lüğəti”nin hazırlanması 1854-cü ildən başlanıb, 1971-ci ildə tamamlanıb. Kitab 33 cilddən, 33519 səhifədən ibarətdir.
Ən böyük ensiklopediya kitabı isə “Universal Avro-Amerika ensiklopediyası”dır. 104 cilddən ibarət 105 min səhifəsi olan ensiklopediyada 165 milyon sözün izahı yerləşdirilib.
Qeyri-adi kitablardan biri Braziliyada saxlanılır. Rio de Janeiro şəhərinin 400 illik yubileyi münasibətilə buraxılan 200 səhifəlik xatirə kitabı paslanmayan poladdan hazırlanıb.