1. Alberto Manguel
Alberto Manguel? Kitablar, kitabxanalar, oxumaq və yazmaq haqqında yazdığı kitablarla tanınan, 1948-ci ildə doğulmuş Argentinalı yazıçıdır. Ən çox tanınan əsəri "Borgesin evində" adlı qısa əsəridir.
2. Gabriel Garcia Marquez
17 aprel 2014-cü ildə itirdiyimiz, Ədəbiyyat üzrə Nobel mükafatına sahib olan Marquez roman və hekayə yazıçısıdır. Yazıçılığa kiçik yaşlarında başlamış Marquez, dünya ədəbiyyatına ölümsüz əsərlər bəxş etmişdir.
3. Arthur C. Clarke
Arthur C. Clarke 19 mart 2008-ci il tarixində itirdiyimiz, dünyaca məşhur yazıçıdır. Hugo Ən Yaxşı Roman Mükafatının və Nebula Ən yaxşı Roman Mükafatının da daxil olduğu 10-dan çox mükafata sahibdir.
4. George Bernard Shaw
George Bernard Shaw 1856-1950 illər arasında yaşamış İrlandiyalı yazıçıdır. 1925-ci ildə Nobel Ədəbiyyatı Mükafatını almışdır. 40-dan çox teatr oyunu yazmışdır.
5. Woody Allen
Woody Allen ABŞ-lı yazıçı və aktyordur. 1935-ci ildə Nyu Yorkda doğulmuşdur və hələ də orda yaşayır.
6. Alain de Botton
Alain de Botton 1969-ci ildə İsveçrədə doğulmuş Yəhudi əsilli yazıçıdır.
7. Anne Rice
1941-ci ildə Nyu Orleanda doğulmuş olan İrlandiyalı fantastik janrda yazan yazıçıdır. Romanlardakı hadisələr çox vaxt Nyu Orleanda cərəyan etməkdədir. Ən məşhur əsəri 1994-ci ildə kinosu çəkilmiş olan Vampirlə Görüşdür. Pişikləri ilə birlikdə yaşayan Anne Rice, romanlardakı kimi gotik tərzdə döşənmiş evə sahibdir.