1. Bir kitabı bitirdikdən sonra belə hələ də o kitabda yaşayırmış kimi hiss edirlər
Kitablara könüldən bağlı olan insanlar bir kitabı bitirdikdən sonra o dünyadan asanlıqla çıxa bilmirlər. Bir neçə gün o kitabda yaşayan bir xarakter kimi gəzirlər.
2. Xəyal dünyaları çox genişdir
Kitab oxumağı həqiqətən sevən insanlar kitabın içindəymiş kimi yaşayırlar. Bu səbəbdən sonsuz bir xəyal dünyaları var. Bu vəziyyət onların kitab bitsə belə, xəyallarında o kitabın davamını yaşamalarına səbəb olur. İşdən evə qayıdarkən, məktəbdən çıxarkən, avtobus gözləyərkən ətrafa oxuduqları kitabdakı obrazların gözlərindən baxırlar.
3. Özləri ilə vaxt keçirməyi sevirlər
Bəzi insanlar bütün boş vaxtlarını digər insanlarla doldurarkən, kitablara sevdalı olan insanlar boş vaxtlarında ən sevdiyi kresloda oturub oxuyacağı kitabla təkbətək olmağı üstün tuturlar. Zaman onlar üçün çox qiymətlidir və buna görə kitab oxuyaraq vaxtlarını ən yaxşı şəkildə istifadə etdiklərini düşünürlər.
4. Özlərini inkişaf etdirməyi sevirlər
Kitabsevərlər kitabları yalnız əyləncəli vaxt keçirmək üçün oxumurlar. Eyni zamanda bitirdikləri hər kitabdan sonra duyduqları həzz onlar üçün qiymətsizdir. Kitablar özlərini inkişaf etdirmək üçün seçdikləri ən gözəl yoldur. Yeni şeylər öyrənməyə sevirlər.
5. "Kitabı filmindən daha yaxşı idi." - deyirlər
Kitablarla eşq yaşayan bu insanlar üçün film qətiyyən kitabdan daha yaxşı ola bilməz. Bu, bir təhqirdir onlar üçün. Hər zaman kitab qalib gələcəkdir.