Qadin.NET / Kitablar haqqında bilmədikləriniz

Kitablar haqqında bilmədikləriniz

 

 

Kitablar haqqında bilmədikləriniz

 

 

Dünyanın ən uzun cümləsi

Fransız yazıçısı Viktor Hüqonun, 1862 ildə yazdığı “Səfillər” romanı, dünya klassik kitabları arasında yer almaqdadır. Romantik cərəyanın liderlərindən olan Viktor Hüqo tərəfindən qələmə alınan Səfillər, bir çox filmə, teatra və musiqiyə mövzu oldu. Kitabın üçüncü bölümündə, 3 səhifədə yer alan bir cümlə var ki, oxu-oxu bitmir. Tam 823 sözdən ibarət olan bu cümlə, indiyə qədər yazılmış ən uzun cümlə olaraq qəbul edilir.

 

 

Kitablar haqqında bilmədikləriniz

 

 

Dünyanın ən Kiçik kitabı

Dünyanın ən kiçik kitabı olan “ Dörd Mövsüm Çiçəklər” 22 səhifədən ibarətdir. 0,75 x 0,75 millimetrə ebatında olan kitab, bu ölçülərlə Guinness Rekordlar Kitabına düşməyə haqq qazanmışdır. Yaponiyadakı Toppan nəşriyyatında nəşr olunan bu kitab, hal-hazırda Azərbaycandadır. Bu kitabı oxuya bilmək üçün xüsusi bir mikroskopa ehtiyac var.

 

 

Kitablar haqqında bilmədikləriniz

 

 

Dünyanın ən uzun romanı

İndiyə qədər yazılmış ən uzun roman 13 095 səhifədən ibarətdir. 1649 və 1653-cü illər arasında nəşr olunan Artamène ou le Grand Cyrus adlı kitab, 10 cilddən ibarətdir və toplamda 2 milyona yaxın sözdən ibarətdir. Fransız yazıçılar Madeleine de Scudéry və Georges de Scudéry tərəfindən qələmə alınan əsər, bu günə qədər yazılmış ən uzun roman ünvanına sahibdir.

 

 

Kitablar haqqında bilmədikləriniz

 

 

“E” hərfi işləməyən kitab

Statistikaya görə, oxuduğumuz hər 6 hərfdən biri e hərfidir. Ernest Vincent Wright tərəfindən, 1939-cu ildə yazılan Gadsby adlı kitab “ e” hərfi heç yoxdur. 50110 sözdən ibarət kitabda “e” hərfi işlənməyib.

 

 

Kitablar haqqında bilmədikləriniz

 

 

Ən çox tərcümə edilən kitab

Antoine de Saint-Exupéry’in 1943-cu ildə nəşr etdiyi “Balaca Şəhzadə”ni oxumuyanız yoxdur. Bütün dövrlərin ən çox oxunan və ən yaxşı kitabları arasında yer alan Balaca Şəhzadə, eyni zamanda Le Monde-un yüz ilin 100 kitab siyahısında yer alır. 7-dən 70-ə hər kəsə müraciət edən kitab , indiyə kimi 253 dil və ləhçəyə çevrilmişdir.

 

 

Kitablar haqqında bilmədikləriniz

 

 

Əsərləri ən çox tərcümə olunan yazıçı

UNESCO nun hazırladığı siyahıya görə, əsərləri çox tərcümə olunan yazıçı Agatha Christiedir. Agatha Christienin kitablarının 7233 tərcüməsi var.

 

 

Kitablar haqqında bilmədikləriniz

 

 

Dünyanın ən bahalı kitabı

İndiyə qədər satılmış ən bahalı kitab, Leonardo Da Vinciyə aiddir. Da Vincinin əl yazma kitabı olan Codex Leiceter, Bill Gates tərəfindən 48,4 milyon dollar satılmışdır. Bu kitabda; astronomiya, suyun hərəkəti, hidrolik, geologiya sahədə apardığı araşdırmalardan yazılmışdır.

 

 

 

 

11 may 2017
GO BACK