Uilyam Şekspirin yazdığı faciələrdən biri və eyni zamanda oyunun baş qəhrəmanının adıdır. Covanni Bokkaççonun şagirdi Cinthio tərəfindən yazılan "Un Capitano Moro" adlı qısa hekayəyə əsaslanaraq yazılan əsər təxminən 1603-cü ildə qələmə alınmışdır.
Oyun dörd ana xarakter ətrafında dönür: Otello - Venesiya ordusunda müsəlman general, onun sevimli həyat yoldaşı Desdemona, sadiq leytenantı Cassio və etibar etdiyi vəfasız giziri İago. Müxtəlif və günümüzdə hələ də aktuallığını qoruyan mövzulara - irqçilik, eşq, qısqanclıq, xəyanət və s. toxunması sayəsində günümüzə qədər sevilən və oxunan bir əsər olaraq qalmış və peşəkar, həmçinin, qeyri-peşəkar bir çox aktyor tərəfindən səhnələndirilmişdir. Eyni zamanda bir çox film, opera və ədəbi mövzuya adaptasiya edilmişdir.
1. Otello digər tragediya xarekterlərinin əksinə əsilzadə deyil, Vendik dövlətinə xidmət edən bir sərkərdədir. Digər tərəfdən Hamlet bir şəhzadə, King Lear və Matbech kraldır.
2. Otelloda fövqəltəbii hadisələrə yer verilməz. Hamletin ruhu, Macbethin cadugərləri, Learın Tanrı ilə əlaqəsi kimi xarekterlərə rast gəlinməz.
3. Shakespeare-in digər faciələrindəki kimi Othelloda ölüm mövzusu daha ağır olsa da, eşq, evlilik, qısqanclıq və intiqam kimi mövzulara da yer verilmişdir. Bununla da, Otellonun bizlərə daha yaxın "dünyaya aid" olduğunu deyə bilərik.