Doğunun Bilim Güneşi İBNİ SİNA
Janr: Bioqrafik roman
Müəllif: Vera Aleksyevna Smirnova
Türkçəyə çevirən: Ardıhan Korkmaz
Mövzusu: İbn Sinanın doğulduğu gündən ölənə kimi keçdiyi həyat yolundan bəhs edir.
“ Qara torpaqdan göydəki ulduzlara qədər,
Ən bilgə sözlərin və işlərin sirrinə ərdim,
İkiüzlülükdən qurtuldum, bütün düyünləri çözdüm,
Çözəmədiyim tək düyün, o da ölüm...”
İbn Sina (son sözləri)
İbn Sina kim olub?
Əbu Əli Hüseyn İbn Sina 16 avqust 980-cı ildə Buxara yanında Əfşanə adlı məkanda dünyaya gəlib. O balaca yaşlarından elmə maraq göstərib, 10 yaşı olanda demək olar ki, bütün Quranı əzbər bilirdi.
14 yaşı olanda Hüseyni həkimlik maraqlandırmağa başladı. O, Buxarda o vaxtlar təbabət barədə yazılan bütün ədəbiyyatı oxuyub, xəstələrə baxmağa başladı. Bir dəfə Buxara əmiri xəstələnir. Saray həkimləri ona kömək edə bilmələri üçün, 17 yaşı İbn Sinanını çağırdılar. Onun təklif etdiyi üsul əmiri sağaltdı. Əmir ona mükafat vermək istəyəndə, İbn Sina sadəcə sarayın kitabxanasına girə bilmək üçün izn istədi. İbn Sina 29 fənn üzrə ən azı 450 kitab və elmi iş yazıb, lakin bizə çatanların sayı cəmi 274-dür.
İbn Sina təkcə həkimliklə maraqlanmırdı. Onun bütün elmlərə böyük marağı var idi. Fizika, fəlsəfə, riyaziyyat, həndəsə, biologiya, psixologiya, metafizika – bu fənlərin hamısı İbn Sina vasitəsilə yeni işıq üzü görmüşdür.
İbn Sina 58 yaşında vəfat etmişdir. Öldüyü vaxt qullarının azad buraxılmasını və mülkünün kasıblara paylanmasını tapşırıb. Ölmünə az qalmış belə deyib:
- Dediklərimi yerinə yetirmək üçün tələsin, yoxsul və azad olaraq ölmək istəyirəm.
Kitab haqda fikirlərim:
İbn Sina haqqında başqa bioqrafik kitab oxumamışam, lakin bu kitabı tam olaraq bəyənmədim. Məncə İbn Sina kimi bir böyük şəxsiyyət üçün sönük yazılıb. Xüsusilə, yazıçının rus olması, əsərin müəyyən yerlərində özünü göstərirdi. Dini düşüncələrini tam olaraq verə bilməyib. Hətta bəzi yerlərdə İbn Sinanın dindən tam olaraq ayırmağa çalışmışdır.
Ən çox yaddımda qalan deyim bu oldu: “ Sükunət güclü insanın silahıdır.”
Aidə Ustaclı