Sosial şəbəkə həyatımıza yaradıcı insanları da özü ilə bərabər gətirdi. Onlar bir status qədər yaxın, bir mesaj qədər məsləhət yerinə çevrilə bilirlər. Belə bir şəxslərdən biri də mənim üçün Ceylan Mumoğlu oldu. İlk dəfə onun fəlsəfi, elmi və psixoloji yazıları ilə tanış olandan sonra belə bir ikinci "mən" in Türkiyədə yaşadığını öyrəndim. Sonra eyni universitetin, eyni fakültənin məzunu olmağımız bu isti münasibətlərimizi daha da yaxınlaşdırdı. Yaradıcı insan kimi potensialına inadığım Ceylan xanımın kitabının nəşr olunma xəbəri məni qətiyyən təəccübləndirmədi. Xüsusilə kitabla tanış olandan sonra zənnimdə yanılmadığımı anladım. Bəli, Ceylan xanım mənz gənc nəsilə lazım olan kitabı hazırlayıb təqdim etməyi bacarıb, işinin öhdəsindən layiqincə gələ bilib.
Ceylan Mumoğlunun "Aydınlanma Səyahəti" adlı kitabı ilə tanış olmağı bütün gənclərə tövsiyyə edirəm. Həyatımızı və enerjinizi səmərəsiz yerə sərf etməyinizi istəmirsinizsə, mütləq bu kitabla görüşməlisiniz. Çalışacağam, kitabdan sizi diqqətimi çox cəlb edən bəzi nüanslarla tanış edim.
İlk öncə onu qeyd edim ki, bu kitab sıradan, adi fərdi inkişaf kitablarından deyil. Bu zəhmətə sizə bələdçi ola biləcək, addım-addım dayazdan dərinə aparacaq elmi iş deyərdim.
Kitabda psixoloji analizlər filosofların, məşhur psixoloqların həyatları və nəzəriyyələri ilə uzlaşdırılır. Elə bu səbəbə görə kitab daha da maraqlı bir səyahətə çevrilir.
Kitabın dərslik kimi univesitetlərdə, kolleclərdə tədris olunmasını arzulayıram. Çünki indiyə kimi məhz gəncliyə xitab edən belə kitabın Azərbaycanda nəşr olunmadığını bilirəm. "Aydınlanma Səyahəti" yaradıcılığa yeni başlayanlara, mütaliyəyə haradan başlayacağını bilməyənlərə, fərdi inkişaf üçün hardan başlayacağını müəyyənləşdirməkdə çətinlik çəkənlərə, dünya fəlsəfəsi və yaradıcı insanların həyatı ilə maraqlananlara, şüurda dəyişiklik, yenilənmə, aydınlanma və s. kimi mövzularla sanki bir işıq kimi nəzərdə tutulub.
Kitabın müəllifini dərin zəkaya sahib biri kimi yenidən kəşf etməyimə vəsilə olan bu kitabla tanışlıq mənə yeni üslub və yeni xətt baxışının mövcud olmasını məlumatlandırmaqla yanaşı, gənc nəsilə necə istiqamətlənmək lazım gəlməsini artıq məsləhət kimi yox, kitab formasında verməyimə səbəb oldu.
Yazıçı, publisist: Ülviyyə Tahir