Kitab oxumaq həyatınızda yeni baxış bucağı açacaq. Ağlınızdakı suallara cavab verir və yalnızlığınızı unutdurur. Soyuq qış gecələrində qəlbinizi isidər.
Qadınlar susaraq gedər
Kişilər niyə laqeyd davranır, qadınlar niyə çox danışır, eşqi tapmağın yolları nədir?
Candan Ünalın "kadınlar susaraq gider" kitabı qadınların bir çox sualını cavablandırır. Bu kitab kişi-qadın münasibətlərini yeni gözlə baxmağınıza səbəb olacaq.
10 dəqiqə həyatınızı dəyişdirə bilər
Özünüzü bədbəxt, yorğun, gərgin hiss edirsiniz? Hər şeydən ümidiniz kəsilib? Jon Gordonun "10 dakika hayatınızı değiştirebilir" kitabı sizin güclü qadın olmağınıza kömək edəcək. Kitabdakı 10 dəqiqə şükür yürüşü həyatı daha xoşbəxt yaşamağınıza ilham verəcək.
Yaxşılıq səndə
Ayşe Tolganın "iyilik sende" adlı kitabı qadınların ehtiyacı olduğu gözəllik, pəhriz, idman kimi mövzular haqqında əla məlumatlar verir. Evdə cild baxımı, təbii üsullara gözəl saçlara sahib olmaq üçün oxumağa başlaya bilərsiniz.
İçindəki divi oyandır
Antony Robbinsinin kitabı olan "içindəki divi oyandır"kitabı ən çox satılan kitablar siyahısındadır. Xəyallarınızı reallaşdırmaq və depresiyadan qurtulmaq üçün əsaslı yollar göstərir. İçinizdəki güclü qadını kəşf etmək üçün bu kitabı oxumalısınız.
Kiçik Şəhzadə
Bu kitab bir günə oxuyub bitirəcəyiniz, amma günlərlə üstündə düşünəcəyiniz kitabdır. Bir uşağın gözündən dünyanın mənasını görə bilərsiniz. Uşağınızla birlikdə oxumaq üçün maraqlı kitabdır.
Atlas əl çəkdi
Ayn Randının kitabı olan " Atlas vazkeçti" 3 cildlidir və insan psixologiyasını anlamaqda kömək edir. Bu kitabın filmi çəkilib. Amma səbrli olun və 3 cildlik kitabı oxuyun. Sonunda həyata yenidən başlamış kimi hiss edəcəksiniz.