Qadin.NET / Masalcının Masalı Andersen

Masalcının Masalı Andersen

"Masalcının Masalı Andersen" İrina İgnatevna Muravyeva

 

Bu kitab uzun müddətdir ki, şəxsi kitabxanamda var idi. Digər kitablara görə, bu kitaba növbə gəlib çatmırdı. Saytda Andersen haqqında olan yazını oxuyandan sonra, kitaba marağım artdı. Beləliklə, kitabı oxumağa başladım. 

Hans Xristian Andersen 2 aprel 1805-ci ildə Danimarkanın Odense şəhərində anadan olmuşdur. 4 avqust 1875-ci ildə (75 yaşında) Danimarkada vəfat etmişdi.

Ona ən çox nağılları məşhurluq gətirmişdir.

Kibrit satan qız

Çirkin ördək balası

Qar kraliçası

Kiçik  su pərisi

Çılpaq kral

Kitab adından göründüyü kimi, Hans Xristian Andersenin keçdiyi həyat yolundan bəhs edir. Kitabın fərqli cəhəti ondadır ki, kitab sanki nağıl dilində yazılıb. Həyatı da öz əsərləri kimi nağıl dili ilə təsvir olunub. Kitab  9 bölmədən ibarətdir. Bu da yorulmadan oxumaqla nəticələndi.

I bölmə - “Qanlı quyruqlu ulduzun quyruğunda” adlanır.  Bu hissədə Andersenin uşaqlıq illərindən bəhs edilir. Bölmə atasının ölümü ilə bitir. Bu hissə də anasını və atasının düşüncə tərzləri qarşılaşdırılır. Atasının oxumağa çox böyük həvəsi olub, amma bunu reallaşdıra bilməyib. 

II bölmə - “Ayaqqabıçının oğlu qəsr inşa edər” adlanır.  Bu hissə öz arzularını reallaşdırmaq üçün Andersen anası və ətrafındakılarla apardığı mübarizədən gedir. Anası oxumağın övladı üçün faydalı olmayacağını düşünürdü. 

III bölmə - “Sehirli Lampa Axtarışı” adlanır. Bu hissədə Odense şəhərindən, Danimarkanın paytaxtına gələn Andersenın özünə dəstəkçi axtarmasından bəhs edir. Böyük şəhərdə tək başına olan istedadlı, lakin kasıb bir ayaqqabıçı oğlunun üzləşdiyi çətinliklərdən bəhs edir.

Masalcının Masalı Andersen

 

Digər bölmələr də beləcə onun keçdiyi həyat xronologiyası üzrə davam edir. Kitabın üstün cəhəti də ondan ibarətdir ki, kitabda yazıçının əsərlərinin mövzusu da verilib. 

Bu kitabdan götürdüyüm nəticə: Andersenin heç bir çətinliyə baxmayaraq, öz arzuları uğurunda necə çalışdığını gördüm. Ona edilən təhqirlər, tənqidlər, ona aşağı təbəqə kimi baxanların heç biri onu yolundan döndərə bilmədi. Bir insan öz istedadına inanırsa, ona yaratmaq üçün heç nə əngəl ola bilməz!

8 dekabr 2016
GO BACK