Qadin.NET / Kitab oxuduqda sizinlə baş verəcək 10 hadisə

Kitab oxuduqda sizinlə baş verəcək 10 hadisə

Kitab oxuduqda sizinlə baş verəcək 10 hadisə

Siz çox oxuduqca həyat dəyişir. Bu, belə baş verir:
1- Siz uğursuzluqlardan, stress və darıxdırıcı həyatdan xilas olmağın təhlükəsiz yolunu tapacaqsınız. 
Bahalı dərmanlara və ya alkoqola müraciət etməyə ehtiyac yoxdur. Pulunuza qənaət edin. Kitab alın və ya minlərlə elektron kitablardan istədiyinizi yükləyin. Tarixə bürünün. Başqa dünyaya qərq olun. Öz beyninizdən personajın beyninə köç edin.
2- Siz bir ailənin üzvü olduğunuzu müəyyən edəcəksiniz.
Bilirəm, hamınızın valideynləri, bacı-qardaşı və bir çox digər qohumları var. Ancaq bəlkə də yox. Ola bilsin, siz özünüzü bu dünyada yalnız, tərk olunmuş hiss edirsiniz. Həris oxucu olmaqla siz yeni qohumlar qazanacaqsınız. Bu,ümumbəşəri, tamamilə açıq və həqiqətən gözəl ailədir. Bu, oxucuların, kitabseverlərin, ədəbiyyat aludəçilərinin ailəsidir. Bizdən biri ol və sən Yer kürəsinin hər tərəfində doğma qəlblər qazanacaqsan.
3- Siz zaman xaricində olan qlobal söhbətin bir hissəsinə çevriləcəksiniz.
Kitablar elə bir vasitədir ki, onun vasitəsilə keçmiş bizimlə ünsiyyətə girir. Eyni zamanda kitablar mədəniyyətlər, ölkələr, siniflər və qruplararası ünsiyyət vasitəsidir.

Kitab oxuduqda sizinlə baş verəcək 10 hadisə

4- Siz gözəl danışıq qabiliyyətinə yiyələcəksiniz.
5 - Siz dözülməz növbələri, dayanacaqları, gözləmə zallarını sevməyə başlayacaqsınız. Bu, hamımızın ehtiyac duyduğu super güc kimidir.
6- Siz daha da xoşagəlimli olacaqsınız.
Çünki kitablar vasitəsilə digər həyatları yaşadıqca ətrafınızda da onları görməyə başlayacaqsınız. O həyatlar ki, əvvəllər siz onlardan xəbərsiz idiniz. Siz daha çox anlayışlı olacaqsınız. Daha çox maraq göstərəcəksiniz.
7- Siz çoxlu yeni şeylər öyrənəcəksiniz.
8- Düşündüyünüzdən daha ağılsız olduğunuzun fərqinə varacaqsınız.
9- Siz özünüzdə yaradıcılıq qabiliyyəti aşkarlayacaqsınız.
10- Təxəyyülünüzü inkişaf etdirəcək və qəribə görsənməkdən daha qorxmayacaqsınız...

 

Jurnalist, yazar və blogger Enni Müller 

12 sentyabr 2016
GO BACK