Qadin.NET / Ədəbiyyat tarixinin ən yaxşı giriş cümlələri (1)

Ədəbiyyat tarixinin ən yaxşı giriş cümlələri (1)

“Bir kitabın oxucunu ilk cümlədən etibarən təsir altına alması kimisi yoxdur. Oxucunun oxuduğu ilk cümlə, kitabın giriş cümləsi, o kitabın satılmasını, son cümlə isə yazıçının daha çox oxucu qazanmasını təmin edər deyirlər” . “Ədəbiyyat tarixinin ən yaxşı giriş cümlələri”ni sizlərə təqdim edirik.

 

 

1. J.D. Salinger “Çovdarlıqda uçurumdan qoruyan”

 "Anladacaqlarımı gerçəkdən dinləyəcəksəniz, hər halda əvvəl niyə doğulduğumu, rəzil uşaqlığımın necə keçdiyini , mən doğulmadan əvvəl anamla atamın necə tanış olduqlarını, bütün o, David Copperfield çərənləmələrini filan da, bilmək istəyərsiniz, amma mən heç anlatmaq istəmirəm.Hər şeydən əvvəl, mən bu zırıltılardan bezirəm. Sonra onlarla bağlı ən kiçik bir söz etsəm, bizimkilərin əti ürpəşər.

2. Lev Tolstoy “Anna Karenina”

"Xoşbəxt ailələr bir-birlərinə bənzəyərlər. Hər bədbəxt ailəninsə özünə xas bir bədbəxtliyi vardır”

3. Jane Austen “Eşq və Qürur“ "Dünyaca qəbul edilmiş bir həqiqətdir, işi gücü yerində olan hər subay kişinin mütləq bir həyat yoldaşına ehtiyacı vardır.”

4. Charles Dickens “İki şəhərin hekayəsi”

"Vaxtların ən yaxşısıydı, vaxtların ən pisiydi, həm ağıl çağıydı, həm axmaqlıq, həm inanc dövrüydü, həm də şübhə, aydınlıq mövsümüydü, qaranlıq mövsümüydü, həm ümid baharı, həm də ümidsizlik qışıydı, həm hər şeyimiz vardı, həm heç bir şeyimiz yoxdu, hamımız ya bir başa Cənnətə gedəcəkdiyk ya da tam əks tərəfə- sözün qısası, indikinə elə bir yaxın dövrdür ki, zəvzək avtoritetlər bu dövrün, yaxşı ya da pis fərq etməz, sadəcə “daha” sözü işlədilərək digərləriylə qarşılaşdırıla biləcəyini iddia edirdi.”  

Ədəbiyyat tarixinin ən yaxşı giriş cümlələri (1)

5. Virginia Woolf “Xanım Dalloway” "Mrs. Dalloway çiçəkləri özü alacaqdır.”  

Ədəbiyyat tarixinin ən yaxşı giriş cümlələri (1)

6. Anne Tyler “Yetişkin olduğumuz zamanlar “  

Ədəbiyyat tarixinin ən yaxşı giriş cümlələri (1)

7. F.Scott- Fitzgerald “Böyük Qetsbi”

"Toy vaxtımda atam bir nəsihət vermişdi, hələ də, qulaqlarımda sırğadır. “Nə vaxt” demişdi, “birini tənqid etməli olsan, xətirdən çıxarma, kimsə sənin imkanlarınla dünyaya gəlməmişdir!”

8. Sylvia Plath "Şüşə başlığın altında"

"Rosenberləri elektirik stulunda edam etdikləri yay; qərib, boğucu bir yaydı və mən Nyu-Yorkda nə axtardığımı bilmirdim.

Ədəbiyyat tarixinin ən yaxşı giriş cümlələri (1)

9. Herman Melville Moby Dick “Ağ balina”

“Mənə İşamel deyin. Bir neçə il əvvəl olduğu vacib deyil pulumun azaldığı ya da heç qalmadığı bir vaxtda- quruda da, məni saxlayan bir şey olmadığı üçün, bir ənginliklərə gedim, bu dünyanın dənizlərini bir görüm dedim. Mən beləyəm; belə taparam sıxıntıdan qurtulamğın, uyuşan qanıma sürət vermənin yolunu...”  

Ədəbiyyat tarixinin ən yaxşı giriş cümlələri (1)

10.Douglas Adams “Avtostopçunun Qalaktika bələdçisi” "Qalaktikanın qərb Sarmal qolunun bir ucunda, xəritəsi belə çıxarılmamış ucqar bir küncdə, gözlərdən uzaq, kiçik və sarı bir günəş vardır. Bu günəşin orbitində, kobudca yüz qırx səkkiz milyon kilometr uzaqlığda, tamamilə gərəksiz və mavi-yaşıl rəngli, kiçik bir planet dönər. Planetin meymun soyundan gələn canlıları elə primitivdir ki, rəqəmsal qol saatının hələ də çox möcüzəvi bir kəşf olduğunu düşünürlər.

15 avqust 2016
GO BACK