Qadin.NET / Kitabsevərlər-"Biz Saltrok adasındayıq" kitabını təqdim etdi!

Kitabsevərlər-"Biz Saltrok adasındayıq" kitabını təqdim etdi!

Kitabsevərlər-"Biz Saltrok adasındayıq" kitabını təqdim etdi!
Bu gün facebook sosial şəbəkəsinin ən aktiv və sayca qat-qat çox olan "Kitabsevərlər" qrupunun oxuculara təqdim etdiyi on birinci kitabının təqdimatı oldu. "Kitabsevərlər" qrupu bu dəfə oxuculara uşaq ədəbiyyatının ən nəhəng simalarından olan, məşhur Karlsonun yaradıcısı İsveç yazıçısı xanım Astrid Lindqrenin "Biz Saltkrok adasındayıq" əsərini təqdim etdi.
Əsər 1976- cı ildə ana dilimizə tərcümə edilərək ilk və son dəfə nəşr edilib.
Kitabsevərlər-"Biz Saltrok adasındayıq" kitabını təqdim etdi!

Qrup fəalları bu kitabı 40 ildən sonra Azərbaycan oxucusuna yeni latın qrafikalı əlifba ilə təqdim edib.
Kitabsevərlərin  və gənc məktəblilərin iştirakı ilə təşkil edilən təqdimat bu gün saat 13-00- dan 16-00- dək "İçərişəhər Bookhouse"da baş tutub. 
Əsərdə uşaqların uşaqlıq illərinin sevinclə, məhəbbətlə dolu olmasına, böyüklərin məhəbbətini, qayğıkeş münasibətini görüb duymasına, xoşbəxtliyə və ədalətə inanmalı olduqlarına toxunulur.
Lindqren uşaqlarla ciddi söhbət edir, həyatla onların arasında çəpər çəkmir, dünyada yoxsulluq, ölüm, dərd və xəstəliklər olduğunu gizlətmir. Əsərin gedişatında da bu, açıq şəkildə sezilir.
Həyatı uşaqlara olduğu kimi göstərən müəllif bundan dərs çıxarmağın yollarını öyrətməyə çalışır, istər cərəyan edən hadisələr, istərsə də personajlar məhz buna xidmət edir.
Kitabsevərlər kitabın II nəşrini tezliklə oxucularına təqdim edəcək. 
22 may 2016
GO BACK