Rus xalqı, xüsusən alimləri Tolstoyu (1828 - 1910) böyük heyranlıqla sevir və əsərlərini oxuyurdular. Lakin onun İslamı qəbul etməsi xəbərinin yayılması , Rusiyada böyük kütlə arasında İslama qarşı güclü qarşıdurma yaradacağını bilirdilər. Buna görə də Tolstoyun Hz.Məhəmməd (Sav)-ın hədislərindən ibarət yazmış olduğu kitabçasını KGB kimi Rusiya kəşfiyyat qurumları gizlətməyə, unutdurmağa və çap olunmasına mane olmuşdular. Tolstoy bu risalə (kiçik ölçülü kitab,kitabça) ilə, Rus oxucularını Hz. Məhəmməd(Sav)-ın hədisləri ilə tanış eləmişdir və bu risalənin Rus xalqına və onları aldadan komunist rejimə dərs vermək gücünə malik olmasına xüsusi diqqət yetirmişdir.
" Məhəmmədilik xaça sitayiş etməklə, Xristianlıqla müqayisə edilməyəcək qədər yüksəkdə durur. Əgər insan seçmək hüququna sahib olsaydı, ağlı başında hər bir insan, heç tərəddüd etmədən Məhəmmədiliyi; tək olan Allahı və Onun Peyğəmbərini qəbul edərdi."
Lev Nikolayeviç Tolstoy.
"Məhəmməd mənim üçün hər zaman Evangelizmdən(Xristianlığıqdan) üstündür. O , insanı Allah saymır və özünü də Allahla bir tutmur. Müsəlmanların Allahdan başqa ilahı yoxdur və Məhəmməd onun Rəsuludur. Burada heç bir müəmma və sirr yoxdur"
Lev Nikolayeviç Tolstoy.
Tolstoyun Peyğəmbərimiz Məhəmməd(Sav)-ın hədisləri ilə bağlı kitabçası uzun illərdir Türkiyədə nəşriyyatlar arasında bilinən amma oxucuya çatdırılmayan, gizlədilmiş bir kitabdır. Çünkü Tolstoy kimi dünyaca məşhur bir yazıçının Həzrəti Məhəmməd (Sav)-ın sözlərinə maraq göstərməsi və bunu toplayıb Rus xalqı ilə paylaşmaq istəməsi inanc və mədəniyyət dünyası üçün olduqca təhlükə idi.
Senzuraçı bir yanaşmaya görə , belə bir örnək var; 1978-ci ildə bu risalənin giriş bölməsini yayımlamaq istəyirlər. Fəqət mətbuata nəzarət edən dövlət idarəsi bu yayına icazə vermir. Səbəbsə, Tolstoy kimi dahi bir Rus yazıçısının İslam dini və Hz. Məhəmməd (Sav) haqqında müsbət və tutarlı fikirlərin irəli sürməsidir. Redaktor bu yazıya görə qəzetin yayımını uzun müddət gecikdirir. İcazə üçün bu dəfə Moskvaya müraciət edilir. Ordan "Bəli çap edə bilərsiniz" cavabının gəlməsi ilə risalə oxucularına qovuşur. Beləliklə bu kitabdakı məktublar ilk dəfə olaraq 1978-ci ildə Azərbaycan nəşriyyatında Azəri - Türkcəsi və Rus dilində çap olunur.
Rusiyada, Rus milliyyətli, İslamı qəbul etmiş Valeriya Porohova adında bir qadın vardı. Bu qadın bir Ərəblə evlənmiş və 11 il həyat yoldaşı ilə Səüdiyyə Ərəbistanında yaşamışdı. Bu müddət ərzində İslam dinini yaxşıca öyrənmiş və müsəlman olmuşdu. Porohova Qurani-Kərimi Ruscaya tərcümə etmiş; İlahiyyatçılar da bu tərcüməni bəyənmişdilər. Xanım Porohova Tolstoy və İslam mövzusunu mediada cəsarətlə işıqlandırmışdı. Valeriya Porohova , L.N. Tolstoyun ömrünün son illərində İslam dinini qəbul etdiyini və bir Müsəlman kimi torpağa tapşırılmasını vəsiyyət etdiyini Sovet mediyasında dilə gətirmişdir. Sovet hökuməti uzun illər bu həqiqəti gizlətməyə çalışmışdır. Valeriya Porohova bu vacib sənədi cəsarətlə açıqlayıb , yayınlanmasına nail olmuşdur. Porohovanın açıqlamalarına görə Tolstoy müsəlman qayda-qanunları ilə dəfn olunmuşdu. Onun məzarının üstündə Xristian simvolu olan "Xaç"ın olmaması da bunun aydın dəlili olaraq göstərilmişdir.