Qadin.NET / “ O mavi dənizə toxunmaq mənim arzumdur..”

“ O mavi dənizə toxunmaq mənim arzumdur..”

 

“ O mavi dənizə toxunmaq mənim arzumdur..”

 

-“ O mavi dənizə toxunmaq mənim arzumdur..”-

“.. Kiminsə həyatında yaşamaq isə tamam başqadır. Varlığımızla kimisə xoşbəxt edə biliriksə, həyat eşqi, yaşama sevinci bəxş ediriksə, bundan gözəl nə ola bilər?”

Amma bir də düşünün ki,

“... Bir insanda xudbinlik, paxıllıq hissləri varsa, heç bir sağlam rəqabətdən söz gedə bilməz. Hər kəs müəyyən sahədə birinci olmaq istəyinə sahib ola bilər. Bu, sağlam düşüncədir.. Əgər həmin yerə namizəd varsa, arada sağlam rəqabətin olması da normaldır. Yox, bütün gücü ilə digər namizədin məğlub olmasına çalışmaq heç də normal deyil. Üstəlik bunu onun gözlərinin içinə baxa – baxa, dostcasına etməsi ağlasığmazdır. Burada sağlam düşüncədən, sağlam rəqabətdən söz ola bilməzdi..”

Lakin insan timsalında səmimiyyət öz sözünü deyirdi,

“.. Məğlub olmağı bacarmaq da məharətdir”

- Yaşadığımız həyat, tanıdığımız insanlar, başımıza gələn hadisələr əslində elə çox şaxəlidir ki.. “Bir yarpağın arzusu” kimi.. Çəkdiyimiz “Xoşbəxtlik həsrəti” kimi.. “Yaşam Naminə” axtardığımız “Sadiq Dost”lar kimi..

Kitabdakı roman və hekayələr gah keçmişə boylanacağım pəncərəni açdı.. Gah üzəri toz basmış xatirələri daha da basdırmağıma səbəb oldu.. Gah da gələcək üçün maraqlı vədlər verdirdi.. Bəzən isə bir yerlərdə Şövkət Ələkbərova oxuyurdu eləbil ,

“ Yarpaqlar pıçıldaşır,

Bəzənib çöllər..”

-Kitab haqqında ümumi məlumat

- Bir roman və üç hekayədən ibarət olan “Bir Yarpağın Arzusu”, yeni nəşr olunmuş müasir Azərbaycan ədəbiyyatı nümunələrindəndir. Daha əvvəl bir detektiv – povesti nəşr olunmuş yazıçı dostum Xəyalə Muradın qələmindən çıxan bu sətirləri oxuduqca “Bir könül sındırmışam”, “Qəmgin Mahnı”, “Gecə yaman uzundur” və s. kimi şedevr mahnılarımız haralardasa oxunurdu.. Xəfif meh də xatirələri yada salırdı..

-Ailə - məişət mövzusunda yazılmış 173 səhifəlik bu romanda hər şeyi tapmaq mümkündür. Dostluq, sevgi, həsrət, vəfa, etibarsızlıq, ailə münasibətləri – bir sözlə hər şey. İnsanın yaşaya bildiyi bütün hisslərdən, hərəsindən bir az var desəm yalan olmazdı. Əslində sadə, bildiyimiz, hamıya məlum olan bir mövzudur. Lakin o qədər şirin, o qədər səmimi yazılıb ki.. Normalda bir saata bitirə biləcəyim (bəlkə də daha tez ) kitabı 3 gün əlimdə gəzdirdim. Mümkün idimi ki, Tərlanın ağrısına şərik olmayasan? Dilarənin ürəyindəki iztirabları duymayasan? Yaxud Sevincin “sevincsizliyini” hiss etməyəsən? Arifənin ifritəliyini, Vahidin “gah nala, gah mıxa” vurmağını belə hardasa duymaq olurdu..

 

“ O mavi dənizə toxunmaq mənim arzumdur..”

 

 

“.. O an Tərlan külək olmaq istədi.. Sevincin saçlarını oxşamaq üçün, hər istədiyində yanağına, gözlərinə toxuna bilmək üçün..”

Düşünürəm də,

-Bəs Tərlan? Görəsən o, varlığı ilə kimisə xoşbəxt edə bildimi?

-Sevinc.. Özünə “sevinc” olmağı bacardımı?

Fəqət, Sevincin “sevinci” “Tərlan” adlı xoşbəxtlik idi əslində..Özündən xəbərsiz dualarda yaşayan xoşbəxtlik həm də.. Görəsən xəbəri olsaydı..

“..Bildiyim odur ki, bu ürək parça – parçadır.. Onu yamaya biləcək gücüm də yoxdur..”

Bəs Arifə? Bir insanın lal və parçalanmış qəlbindən necə zövq ala bilirdi? Necə o qəlbdən sevgi dilənirdi? Onun istədiyi “sevgi” idimi?

“.. Hər halda qəlbinin daşqın olmadığını bilirdi və birlikdə böyüyüb – başa çatdığı rəfiqəsinin məhz onun əli ilə bədbəxt olması ona mənəvi əzab verirdi..”

-Məşhur şair Pablo Nerudanın bu cümləsi həmişə dilimin əzbəri idi.. İllərdir bu cümləni təhlil edirdim.Kitabı oxuduqca qətiləşdi mənim üçün. Və həmin cümlə öz təsdiqini tapdı.. Tərlan üçün yazılmışdı,

“Eqoist Olmayan bir məhəbbət, vəsiyyətini hər zaman hazır saxlayar”

Və bir də..

Lap sonluqda.. O, taksinin qapısını elə bil mən qapadım.. Tərlanın gözyaşı mənim yanağımdan axdı.. Şövkət yenə oxuyurdu..

 

“ ... Mən çox gün görmədim,

Bil ki, dünyada...

...........

Ağlaya – ağlaya,

Qaranlıqda mən....”

 

İrad və Təklif:

 

1. Arifə, hansı ki, hadisələrin bu romanın ərsəyə gəlməsində böyük rolu olan həmin Arifə yoxa çıxdı. Başına daş düşəydi ən azından oxucu rahatlanaydı da, ay qurban olum grin duyğusu (pıçaklamak smaylik)

2. Hadisələri bir balaca uzatmaq olardı. Və yorucu olmazdı qətiyyən. Çünki, ümumi yorucu deyildi fikirlər. Hər şey tez zamanda kulminasiya edirdi.

3. Və ardı yazılmalıdır məncə..Təbii ki, oxucu fikridir..

Bunlara görə 10 üzərindən tam səmimi 8.5

 

“ O mavi dənizə toxunmaq mənim arzumdur..”

 

 

-Hekayələrə gəlincə..

Çox doğma, çox şipşirin yazılmışdılar. Bilirsiniz, sadəcə yazım deyə yox, hiss edilərək.. Axı hardasa hamımızda yarpağın arzuladığı mavi dənizə toxunmaq arzusu var.. Hamımızda sahib olduqlarımızı qoruma sevgisi var.. Hamımızda sadiq dost ehtiyacı var.. Yaş həddindən asılı olmayaraq özünüzdən nələrisə tapmaq mütləqdir!!

Adı yarpaq idi əslində. Təsvir təbiət idi..Məgər insanlar üçün də eyni şeylər doğru deyilmi ??

“..O mənə ən yaxın saplaqda doğulmuşdu.. Aramızda iki gün və bir millimetrlik fərq vardı..”

Mütləq ki, hər birimizin toxunmaq istədiyi bir mavi dənizi var..

“..O mavi dənizə toxunmaq məni arzumdur.. Mən o mavi dənizə toxunmaq istəyirəm. Mən küləyə təslim olmaq istəyirəm. Necə edim ki, bu arzuma qovuşum??”

Və dəyişməyən baxışlar..

“..Dəyişməz olan iki ulduz tək parlayan baxışları idi..”

Amma ən gözəli isə,

“.. Dostluq birinin digərindən üstünlüyü deyil, dostunun mənaefiyini öz nəafeyindən üstün tutmaqdır, - dedim..

O gündən möhkəm dostluğumuzun təməlini qoymuş olduq və bir daha heç zaman mübahisə etmədik.”

Təşəkkürlər əzizim Xəyalə Murad. Həmişə belə zərif düşüncəli, səmimi və baxışları dəyişməyən qal kiss duyğusu 

 © Səadət Damlası - 2015

29 oktyabr 2015
GO BACK