Qadin.NET / Corc Oruellin “nağılı” (1)

Corc Oruellin “nağılı” (1)

Corc Oruellin “nağılı” (1)

Çağdaş dünya ədəbiyyatı tarixinə Corc Oruell təxəllüsü ilə daxil olan Erix Artur Bleyer ( 1903-1950) XX əsr tanınmış nümayəndələrindən biridir. Onun yaradıcılığı, özünün yüksək intellectual səviyyəsi, ictimai haqsızlıq və ədalətsizliklərə qarşı marışmaz ruhu, totalitar təfəkkür və idarəçilik üsuluna qarşı mübarizliyi ilə seçilir. Yazıçı qısa ömür yaşasa da, yaradıcılığı və fəaliyyəti kifayət qədər geniş olmuşdur. Oruelli, bir qayda olaraq, ötən əsr ingilis mədəniyyətinin ən yaxşı tarixçisi və ən yaxşı esselər müəllifi hesab edirlər. O, nəsrlərlə birlikdə, qələmini eyni uğurla bədii yaradıcılığın digər sahələrində-poeziya, ədəbi tənqid və ssenari sahəsində də sınamış, habelə çoxsaylı ictimai-siyasi məzmunlu məqalələri ilə yasadığı dövrün mühüm ədəbi-ictimai problemlərini işıqlandırmağa çalışmışdır. Corc Oruell həyatı ilə əsərləri, düşüncələri ilə əməlləri arasında düz mütənasiblik olan yazıçılardan idi. O, insanların hür yaşamaq haqqını yalnız kitablarında deyil, gerçək həyatda da, müdafiə etmişdi, totalitarizmə qarşı yalnız qələmlə deyil, silahla da mübarizə aparmışdır. Yaradıcılığında toxunduğu kəskin və qlobal problemlər Corc Oruellin yaradıcılığının və şəxsiyyətinin bu gün də dünya miqyasında ictimai fikrin mərkəzində qalmasında mühüm rol oynamışdır.

Corc Oruellin “nağılı” (1)

Corc Oruell uzun illər boyu istər dünya, istərsə də azsaylı Azərbaycan intellektualları arasında daha çox "1984"-ün yaradıcısı kimi tanınmışdı. Lakin o, məhşur romanından heç də az populyar olmayan başqa bir antiutopiyanın-"Animal farm"("Heyvanıstan") povestinin müəllifidir. 2006-cı ildə "The Tayms" jurnalı bu əsəri 1923-2005 -ci illər ingilisdilli ədəbiyyatın 100 ən yaxşı nümunəsi sırasına daxil etmişdir. Povest 1996-cı ildə dünya ədəbiyyatı incilərindən tərtib olunmuş 60 cildlik "Great books"-"Böyük kitablar" silsiləsində də özünə yer almışdır. Nəhayət, "Heyvanıstan" avropalı ədəbiyyat həvəskarlarının, təndiqçilərin və tədqiqat mərkəzlərinin rəyi əsasında hazırlanan "Modern library list of best 20-th century novels"-" XX əsrin ən yaxşı romanlarının müasir kitabxanası" nominasiyasında ilk yerdə Ceyms Coysun "Uliss" romanının dayandığı bu siyahlda 31-ci olmuşdur.

Vilayət Quliyev

13 oktyabr 2015
GO BACK