Qadin.NET / Henrix Boll -"Hekayələr"

Henrix Boll -"Hekayələr"

 

Henrix Boll -"Hekayələr"

 

Bu kitabı alarkən sadəcə hekayə toplusu oxuyacağımı və qarşıma çıxan endirim fürsətindən yararlanmaq üçün aldım. Ancaq oxuduqca anladım ki, dəyəri düşündüyümdən də, çoxdur. Henrix Böll yaradıcılığından ilk dəfədir ki, nəsə əldə etmişdim. Nobel mükafatçısı olan müəllifi açıq-aydın hekayə ustadı adlandırdım. Kitabda yer alan ilk hekayə “Özüm haqqında” adlanır. Təsirli və məlumatlandırıcı hekayədir. Müəllifin bir növ tərcümeyi-halı sayılan bu hekayə zövqümü oxşayan cümlə ilə tamamlanır. "Mən hər zaman yazmaq istəmişəm, yazmağa da çox tez başlamışam, ancaq yazmaq istədiyim sözləri sonralar tapmışam." Növbəti hekayə “Təzə körpü” adlanır. Bu hekayədə gizli sevginin nişanələri yer alsa da, ən çox təsirli məqamları qəhrəmanın fiziki qüsurlu olması idi. Müharibədən sonra fiziki qüsuru ilə işləyib cörək pulu qazanan gəncin gördüyü işdənvə gizlin məhəbbətindən bəhs edir. Üçüncü hekayə olan “ Bıçaqoynadan” mənim üçün bu kitabda ən təsirli və orjinal hekayə oldu. "Yalnız bir saat keçəndən sonra başa düşdüm ki, indi mənimdə əməlli başlı bir sənətim var. Elə bir sənət ki, bir yerdəcə dayanıb xəyala dalmaq lazımdır, vəssalam … Özü də çox yox, on beş, iyirmicə... Dayan ki, sənə bıçaq atsınlar..."

 

Henrix Boll -"Hekayələr"

 

Ondan sonra oxuduğum 12 hekayə qəlbimə ”Bıçaqoynadan” hekayəsi qədər təsir etməmişdi. Köksümdə dərin iz buraxan və digər hekayələri oxuyarkən bir salisə belə fikrimdən cıxmayan “Bıçaqoynadan” hekayəsi sözün esil mənasında möhtəşəmdir. İri həcimli romanların müəllifi kimi tanınan Henrix Boll Erzahlungen ən cazibədar nəsr forması hesab etdiyi hekayə janrında daha gözəl əsərlər ərsəyə getirib. Bu kiçik janrın böyük imkanlarından ustalıqla istifadə edən müəllif yaşadığı dövrün öndə olan problemlərini əsərlərində qabardıb, əsas mövzu seçib. Müharibənin şikest etdiyi bu insanların sosial həyatda cəmiyyetde qarşılaşdıqları amansız çətinlikləri, ədalətsizlikləri təsvir edib. Onları biz oxuculara və gələcək nəsillərə çatdırıb. Bütün bu ağrı-acılara baxmayaraq əsərlərindəki qəhrəmanlar ümidsizliyə qapılmır, məyusluq içinde itib-batmır, ərimir, öz saf daxili aləmlərinə yumor hisslərinə söykənərək qaranlıq aləmdə közərti şəklində də olsa işıq tapa bilirlər. -Qaranlıqda boğulan sözlər suni səslənir … (Tibten stansiyası) -Tez-tez qəbimdə vəzifə borcu ilə məhəbət hissi didişməyə başlayır və açıqca boynuma alıram ki, hərdən məhəbbət qalib gəlir (Etiraf) -Hər şey birdən-birə elə soyuqlaşdı, elə biganələşdı ki, deyərdin məni buraya ölmüş şəhərin muzeyi ilə gətirmişdilər. Elə bir dünya ilə gətirmişdilər ki, hər şey gözlərimə tanış gəlsə də, biganə olduqları qədər də, yad görünürdülər. ( Yolçu, yolun düşsə spar…)

7 oktyabr 2015
GO BACK