Qadin.NET / Qadınlar bu 10 kitabı hökmən oxumalıdır

Qadınlar bu 10 kitabı hökmən oxumalıdır

Reallığın ağırlığından və yoruculuğundan həm mənəvi olaraq, həm də fiziki olaraq müvəqqəti də olsa, xilas olmaq üçün kitab ən gözəl vasitədir. Hər bir ədəbi qəhrəmanın həyatı oxucu üçün təcrübə mənbəyi və yaxşı mənada dərs ola bilər. Araşdırmalar nəticəsində bütün qadınların oxumalı olduğu 10 lazımlı kitabın siyahısı tərtib olunub. Onların içərisində həm klassik, həm də müasir nəşrlər var, amma onların hər biri zərif cinsin nümayəndələrinin zövqünü oxşamaq iqtidarına malikdir.

Erix Maria Remark, “Borc həyat”

Qadınlar bu 10 kitabı hökmən oxumalıdır

Bu əsər həyatın hər dəqiqəsini son an imiş kimi yaşamağı öyrədir. Axı heç kim bilmir ki, dünyada bizi nə gözləyir...

Elis Manro, “Həyat qədər dəyərli”

Qadınlar bu 10 kitabı hökmən oxumalıdır

Bu kitabı oxuduğu vaxt adama elə gəlir ki, yazıçı məhz sənin üçün yazıb həmin hissləri. Əlbəttə, yazıçının bu uğuru da ona Nobel mükafatını qazandırdı.    

Kolin Makkaalou, “Tikanlı quşlar”

Qadınlar bu 10 kitabı hökmən oxumalıdır

Bu kitab bəsit və maraqsız qəbul olunmuş sevgi romanları haqqında olan bütün stereotipləri qırıq-qırıq edərək özünün valehediciliyi ilə bütün dünyanı elə ilk səhifəsindəcə heyran qoyub.

Elzabet Hilbert, “Ye, dua et, sev”

Qadınlar bu 10 kitabı hökmən oxumalıdır

Bu roman həyatda xoşbəxtlik axtarışına çıxanlar üçün yazılıb və oxumağa dəyər.

Coann Harris, “Şokolad”

Qadınlar bu 10 kitabı hökmən oxumalıdır

Kiçik, unudulmuş qəsəbəyə bir gün ana ilə qızı köçür. Onlar burada xudmani şirniyyat dükanı açırlar və şokolad bişirirlər. Şokoladın tərkibində sanki sevgiyə sürükləyən sirli qüvvələr var və çox keçmədən qəsəbənin sakinlərinin hamısı bu ləzzətdən dadırlar.

Şoderlo de Laklo, “Təhlükəli əlaqələr”

Qadınlar bu 10 kitabı hökmən oxumalıdır

Roman insanların zəif nöqtələri, istək və arzuları uğrunda apardıqları mübarizədə itirdikləri, verdikləri qurbanlar və s. həyəcanlı məqamlarla boldur. Oxumaq məsləhətlidir.

Anna Frank, “Gündəlik”

Qadınlar bu 10 kitabı hökmən oxumalıdır

Anna 15 yaşında  ikən düşərgədə olub. O kitab yazmayıb, ədəbi irsi sadəcə gündəliklərindən ibarətdir. Amma o gündəliklər hər kəsin qəlbinə xitab edib.

Con Faulz, “Fransız leytenantın sevgilisi”

Qadınlar bu 10 kitabı hökmən oxumalıdır

Sevgi haqqında daha bir dəyərli roman. Bu romanın hər bir oxucusu onun müəllifi ola bilir. Sonluq oxucunun ixtiyarına buraxılıb.

Margaret Mitchell, “Küləklə sovrulanlar”

Qadınlar bu 10 kitabı hökmən oxumalıdır

Bu hekayə hər bir qadına tanışdır. Roman sevgi və nifrət, xəyanət və sədaqət və əlbəttə ki, qorxunc müharibə haqqındadır. Kitab hər zaman təkrar oxumaq istədikləriniz sırasında olacaq.

Marqret Etvurd, “Qulluqçunun hekayəsi”

Qadınlar bu 10 kitabı hökmən oxumalıdır

Bu kitab qadınların hüquqlarının həddindən çox pozulduğu dünya haqqındadır. Bu dünyada qadın sadəcə kişinin qulluqçusudur.

Qadınlar bəhanəsiz olaraq bu siyahıdakı kitabları oxumaq üçün vaxt tapa bilərlər. Ola bilsin ki hansısa kitab sənə çoxdandır içindən çıxa bilmədiyin suala cavab tapmağda kömək edə bilər. 

19 may 2015
GO BACK