Qadin.NET / Q.Q.Markes "Polkovnikə məktub yoxdur"

Q.Q.Markes "Polkovnikə məktub yoxdur"

 

Q.Q.Markes "Polkovnikə məktub yoxdur"

 

"“Polkovnikə məktub yoxdur” şübhəsiz, mənim ən yaxşı əsərimdir. Hətta sizə deyim “Yüz ilin tənhalığı”-nı mən o səbəbdən yazmağı lazım bildim ki, camaat “Polkovnikə məktub yoxdur” povestini oxusun".  Bu cümlələrin müəllifi müsahibə və söhbətlərinin əksəriyyətində bu povesti özünün ən sevimli əsəri olduğunu xüsusi vurğulayan, magik realizmin ən məşhur nümayəndəsi Qabriel Qarsia Markezdir. O, bu barədə deyir: “Polkovnikə məktub yoxdur” povestində gözümün qabağında gətirdiyim şəxsə bir neçə il ondan əvvəl balıq bazarında rast gəlmişdim. O, həsrətlə limanda gəmilərə baxırdı. Bir neçə il sonra Parisdə doğma yerlərin həsrətini çəkərkən həmin adam yadıma düşdü və mən onun o zaman nələr düşündüyünü aydınca dərk elədim...”

Qısa, amma həyat dolu bir Markez klassikası. Oxuyub bitirdikdən sonra insanı simasında acı bir təbəssüm yaranır. "Polkovnikə məktub yoxdur" ümidin içindəki ümidsizliklə əlaqadardır. Qürurlu insanın şərəfli yaşamını sürdürməyi və xatirələrinə sahib çıxmağı ilə əlaqədar bir povest. "Yüz ilin tənhalığı"-nı oxuyanlar dərhal bu povestin onun törəməsi olduğunu biləcəklər. Əsərin zirvəsi polkovnikin hirslənib arvadıyla münasibətlərini yeni müstəviyə daşımasıdır. 

Gözləmək

Polkovnik rütbəsini çox gənc yaşında alan Polkovnik Aureliano Buendiayla birlikdə şücaətlər göstərən birisidir. 15 ildir ki gözləyir. Yəni bu cür səbr və ümidə heyran qalmaya bilmədim. Təqaüdünü gözləyir. Hər cümə. Hər həftə. Hər dəfə də yeni ümidlə. Gəlmir ki, gəlmir. Hər dəfə poçtalyon ona “Polkovnikə yazan yoxdur” deyərək geri qayıdır. Polkovnik idealizm, qürur və vicdanı təmsil edir. Ax, bu ideologiya! İnsanları bədbəxt edən anlayış! Hər nəsə, məsələdən çox yayınmayım.

Polkovnikin arvadı

Polkovnikin arvadı və polkovnikin vicadan əzabının yeganə səbəbi. Çünki pul qazana bilməyən polkovnik hər dəfə puç olmuş gözləntiləriylə evə qayıdanda arvadı ona vicadi təzyiq göstərir. Oğulları da öldürüldükdə sonra polkovnikin bütün ümdi təqaüdə qalır. Buna baxmayaraq arvadı çox vaxt ürəyi yumşaqlılıq edib onunla bir çox məsələdə razılaşır. Polkovnikin arvadı məntiqi simvolizə edir. Şübhələrlə dolub daşır. Bir daha ailə münasibətlərində bir-birini başa düşməyin vacibliyi vurğulanır. Belə nümunələr azdır.  

 

Q.Q.Markes "Polkovnikə məktub yoxdur"

 

Xoruz

Kitabın üzərində də əksini tapan xoruz. Povestin açarı bu xoruzdadır. Xoruzun nəyi simvolizə etdiyini başa düşən povestin bizə nə çatdırmağa çalışdığını da başa düşər. Öz başa düşdüyüm tərzdə də sizinlə bölüşməyə çalışacağam. Əsərdə biz həm güclü, həm də zəif şəxsiyyətin həyatını görürük. Güclü şəxsiyyətdir, çünki o, 15 ildir səbrlə, əzmlə və inanaraq gözləyir. Adi, sadə insan povesti oxuyub deyər: Yaxşı, bəs bu adam görüb ki, məktub gəlmir, başqa sözlə, ona təqaüd ayrılmır, onda niyə bir peşə, sənətlə məşğul olmur ki, evinə bir parça çörək aparsın (Xeyli müddət ailəni oğlu dolandırır)?

Zəif şəxsiyyət olması da hesab edirəm ki, burada özünü göstərir. Xoruz isə məncə polkovnikin çatışmayan cəhətləridir: utanmamaq, cəsarət, döyüşkənlik.

Xoruz polkovnikin həyatında olan yeganə rəngdir bəlkə də. Yeganə ümiddir. Çünki xoruz döyüşlərinin başlayacağı mövsümdə ondan böyük nəticələr gözləyirdi və buna davam da etdi. İzah etmək bir az çətindir. Nə dərcədə doğrudur, deyə bilmərəm, amma kitabın üstündə xoruz söküb-dağıdır. Yəni illərlə yığılıb qalan qisas hissini də təmsil edə bilər. Hər halda oxuyanlar bir müddət düşünəndə müxtəlif nəticələrə gələ bilərlər.

Kitabda xoşuma gələn ümumi nəticələr

Əsas iki nəticə çıxdı mənim üçün:

- Heç vaxt ümidini itirmə. Çünki insanı yaşadan ən vacib şey ümiddir.

- Hər nə qədər vəziyyətləri çətin olsa da, hadisələrə zarafatyana yanaşma tərzi.

Kitabda xoşuma gəlməyən cəhətlər

- İnsanda ruh düşkünlüyü yarada bilər. Hətta bir az da irəli gedib onu deyə bilərəm ki, həssas insanlarda ciddi təəssüf  hissi yaradıb ətrafa mənfi enerji saçmalarına səbəb ola bilər (Məndə müəyyən qədər belə oldu).

- Polkovnikin ölmüş oğlu haqqında kifayət qədər məlumat yoxdur.

- Qürurun həddindən artıq olması (filmdə bu povestdəki qədər öz əksini tapmayıb).

 

Q.Q.Markes "Polkovnikə məktub yoxdur"

 

 

Filminə də baxdım.

Adətən kitabını oxuduğum əsərləri filmlərinə baxmıram. Bu istisna oldu. Çünkü ortada qəribə bir vəziyyət var. Povesti filmlə sintez etdikdə çox daha yaxşı nəticələr verir. Qarsia üslubundan olsa gərək. Bu üslub mənim beynimdə çox da aydın açılmır, amma film mənə kömək etdi. Bilirsiniz, yaşlı insanların həyat tərzini təsəvvür etmək bir az çətindir. Biz indi gəncik və romanlarda və filmlərdə də həmyaşıdlarımızın maceraları bizə psixoloji də olsa, yaxınlıq ərz edir. Burada qarma-qarışıq hisslərlə dolu epizodlar çox idi. Povest də qısa. Hər şey çox tez baş verirdi. Ona görə qaranlıq qalan hissələr çox olmuşdu. Filmdə isə hər şey əladır. Hərtərəfli sürətdə povesti canlandırmağı bacarıblar.

Son olaraq

Kiyab oxumağa dəyərmi? Məncə, dəyər. Düzdür, Qarsia üslubunu o qədər də sevməsəm də, pis deyil. Əvvəldə də qeyd etdiyim kimi povestin kulminasiya nöqtəsi sonundadır. Çünki insanlarası münasibətlər yeni müstəviyə keçir. Bəs əsl son? Bu artıq bizə qalıb. Necə istəyirsinizsə, elə də sonlandırın. 

İbrahim Niftiyev

7 may 2015
GO BACK