Qadin.NET / Riçard Bax "İllüziyalar"

Riçard Bax "İllüziyalar"

 

Riçard Bax "İllüziyalar"

 

Biz kimik? Niyə varıq? Hardan gəlib hara gedirik? Bu həyatın mənası nədir? Ölüm nədir? Bu həyatın, kainatın qanunları nələrdir? Reallıq və illüziya nədir? Gələcək və keçmiş nədir? Dostluq nədir?...

İnternetdə diqqətimi cəlb edən "İllusions" tam səmimi və inamla deyirəm, oxuduğum ən gözəl kitablardan oldu. Mövzusunu üslub etibarilə Paulo Ceolhonun "Kimyagər" əsəri ilə müqayisə etmək olar. Fərqli cəhətləri odur ki, "İllusions" daha maraqlı, canlı, mistik, müəyyən qədər "Kimyagər"-dən daha anlaşıqlı və ondan daha qəlizdir. Mistika, fəlsəfə, fantastika, drama və aviassiya: bu dörd mövzu ideal proporsiyada qarışdırılmışdır. 

Kitabı oxuduqdan sonra öz dəyərlər sistemimi gözdən keçirdim, indiyə qədər necə davranış göstərdiyim haqqında düşünüb dünyaya daha fərqli gözlərlə baxmağa başladım. Kitabda mənəvi motivasiyaya ehtiyacı olanlar üçün xüsusi faydalı olacağını rahatlıqla deyə bilərəm.

Əsər iki nəfərin münasibətindən bəhs edir. Belə ki, əsər özü iki nəfərdən ibarətdir. Bir tərəfdə Məsih, digər tərəfdə də Məsih olduğundan bixəbər, müəyyən mənada fərqli, müəyyən mənada da eyni iki şəxs: Riçard və Donald Şmoda. Bu iki insanın arasında baş verən söhbətlərdə bax belə gözəl bir kitaba çevrilib (kitab tamamilə yazıçının təxəyyülünün məhsuludur). Donald Şmoda və Riçard adları bundan sonra mənə tamamilə fərqli mənaları verəcək və bir çox xatirələri xatırladacaq....

Sonda qəribə hisslər keçirdim. Biraz kədər, bir az razılıq, bir az nikbinlik, bir az da sevinc və s. Amma ən çox nədənsə kədərləndim. Nə isə qazanmış, əldə etmiş kimi hiss edirəm özümü. Bəli, həqiqətən də, qazandım. Çox qarışıq hisslər keçirdim. İstədiyim kimi bir kitab oldu. Buna ehtiyacım vardı. Ən azı 3 dəfə böyük həvəs, gözlənti və inamla bu kitabı yenə oxuyacağam. Belə mistik mühiti olan kitabı oxuduğuma çox məmnun oldum.

 

Riçard Bax "İllüziyalar"

Kitabdan sitatlar

- Sənin həyatında peyda olmuş hər bir insan, başına gələn bütün hadisələr ona görə baş verir ki, sən onları özünə cəlb etmisən. Daha sonra sən onlarla nə edəcəksən, bunu sən özün seçirsən.

- Tırtılın dünyanın sonu adlandırdığı şeyə ustad kəpənək deyir.

- Yalnızlığa öyrəşirsən, amma onu bircə dəfə pozmaq kifayət edir ki, ona sonra yenidən, başdan öyrəşməyə məcbur olasan.

- İnandıranda ki, sən nəyisə bacarmırsan, sən özünü ilahilikdən məhrum edirsən.

- Dünyada missiyanın bitib-bitmədiyini yoxlamaq çox asandır: əgər sağsansa, deməli, bitməyib.

- Ən sadə suallar əslində ən çətinləridir: Sən kimsən? Hardan gəlib hara gedirsən? Niyə buradasan? və s.

- Biz hamımız daha çox öyrənmək üçün yoldayıq.

- Həyat, sən bizə nəyi öyrədirsən? Sən hələ də başa düşməmisən ki, bunların hamısı illüziyadır?

İbrahim Niftiyev 

10 iyul 2017
GO BACK