Qadin.NET / Riçard Bax "Mariya üçün hipnoz"

Riçard Bax "Mariya üçün hipnoz"

 

 

Mən çox məmnunam ki, Riçard Bax kimi bir yazıçı ilə tanış oldum. Mən çox məmnunam ki, onun üçüncü əsərini oxudum.

Riçard Baxın əsərləri çox qəribə formada həm eyni, həm də fərqlidir. Mən elə hesab edirəm ki, bu yazıçının bir əsas mövzunu müxtəlif üsullarlabizə çatdırmağı onun ifadə bacarığının necə də yüksək səviyyədə olduğunu göstərir. Onu da deyim ki, məhz bu tipdə yazıçılar azdır. Digər əsərlərində olduğu kimi Bax bu əsərində də heç nəyin təsadüf olmadığını, baş verənlərin bizim hər dəqiqə düşünüb verdiyimiz qərarlar əsasında formalaşan talenin işi olduğu deyir.

Hipnoz nədir? Onu peşəkar insanlar edir, yoxsa biz hər gün onun qurbanı oluruq? Həm yaxşı şeylər üçün, həm də pis şeylər üçün istifadə oluna bilər, elə deyilmi? Hər bir qərar, şərt öz-özünə hipnoz deyilmi? İnsan adlanan varlığın bioloji, psixi təbiətini azdan-çoxdan bilən insan hipnozun heç də ucuz fokus olmadığını yaxşı bilir.

Əsər kainatın qanunları və hipnoz haqqındadır. Əsər insanın bu dünyaya baxışını dəyişdirə biləcək qüvvəyə sahibdir və bildiyimiz mövzulara (ya da ola bilər bimədiyimiz) fərqli yanaşma ilə əlaqədardır.

Aviassiya üzrə instruktor olan Jamie Forbes təyyarədə huşunu itirən pilotun arvadı Maria adlı qadına köməklik edir ki, təyyarəni sağ-salamat yerə endirsin. Köməklik=hipnoz. O, özü də bilmədən bunu edir və uşaqlığında başına gələn hadisəni yada salır. Daha sonra Jamie bəzi insanlarla qarşılaşır və özünə köməklik edir. Beləcə də çox şeyi öyrənir.

Süjet həmişəki kimi mükəmməldir: uçuş, səma, yalnızlıq, arzular və əbədiyyət axtarışı. Sadəcə tələsmədən və düşünərək, təsəvvürdə canlandıraraq oxumaq lazımdır.

 

Riçard Bax "Mariya üçün hipnoz"

 

Kitabdan sitatlar

- Cəzbetmə qanunu vaxtı gələndə başqalarının da nəticəsini görə bildiyi öz-özünə hipnozdur.

- “Mən edə bilərəm...” kimi mənim müsbət həqiqətim mənim üçün yeni imkanlara və şərtlərə yol açır. “Mən edə bilmərəm...” kimi mənfi həqiqət isə yolu bağlayır və mənim məhdudiyyətim olur.

- Divarlar yalnız sənin təsəvvüründə var. Əgər inansan, onların içidən keçə bilərsən.

- Qorxmaq? Nədən? Yoxsulluqdan, yalnızlıqdan, xəstəlikdən, müharibədən, bədbəxt hadisədən, ölümdən. Onlar hamsını qorxunun əlamətləridirlər və biz onlardan qorxmağımızı dayandıranda onlarda gücsüz olacaqlar.

İbrahim Niftiyev

1 oktyabr 2015
GO BACK