Qadin.NET / A.S.Ekzüperi "Balaca Şahzadə"

A.S.Ekzüperi "Balaca Şahzadə"

 

A.S.Ekzüperi "Balaca Şahzadə"

 

Tanış olaq

Antuan de Sent Ekzüperi (Антуан РґРµ Сент-Экзюпери) 29 iyun 1900-cu ildə Fransanın Leon şəhərində anadan olmuşdur. Erkən yaşlarında atasını itirən yazıçı təhsilini başa vurduqan sonra pilotluq peşəsini seçmişdir. Olduqca sürətli həyat tərzi keçirdən yazıçı İkinci dünya müharibəsində Korsikadan havaya qalxmış və bir daha da geri dönməmişdir (30 iyul 1944-cü il). Gördüyümüz kimi yazıçının ölümü də həyatı kimi çox sürətli və müəmmalı olmuşdur.

Kim deyir ki, uşaqlar heç nə bilmirlər? Biz uşaqlardan çox şey öyrənə bilərik. Onlar hələ təmizdirlər. “Sən uşaqsan, otur uşaq yerində!” kimi səhvlərə yol verməmək lazımdır. Bu əsər sanki böyüklər və kiçiklər arasında olan heyrətamiz dialoqdur.

Böyüklər də uşaqların həyatında inanılmaz dərəcədə mühüm rol oynayır. Bunu bir cümlə ilə ifadə edim: axı uşaqlar həyat haqqında ilkin məlumatları böyüklərdən alırlar....

"Balaca Şahzadə" kitabı 27 bölümdən ibarətdir. Hər bölümdə bizə çatdırılan hadisələr, düşüncələr, əlaqələr kitabın “dostluq vasitəsi ilə məğlub edilən yalnızlıq” əsas mövzusunu müxtəlif tərəflərdən tamamlayır. Sevgi, dostluq və xoşbəxtlilə bərabər içinə qapanmaq və yalnızlıq.

Balaca Şahzadənin planetini tərk edib 6 planetə səyahət etməsi zamanı qarşısına çıxanlar böyüklərin həyatını tərənnüm və tənqid edir. Hər planetdə bir nəfər yaşayır ki, yazıçı burada bizə tipik böyüklərin yaşamlarının necə monoton olduğunu və nə istədiklərini bilmədiklərini çatdırmaq istəyir. Balaca Şahzadə onların nə işlə məşğul olduqlarını öyrənmək üçün onlara suallar verir, cavablar alır və öz fikirlərini bildirir. Amma hamısında görünən ortaq xüsusiyyət var: özünə qapanmışlıq və yalnızlıq. Yəni Balaca Şahzadənin rastlaşdığı insan tipləri real həyatda tez-tez rastlaşdığımız tipləri simvolizə edir.

Səyahət müddətində biz hakimiyyət, şöhrətpərəstlik, depressiya və bəzi insanların həyatlarının absurdluğuna aid işarələr alırıq.

Balaca şahzadənin ən son gəldiyi və ən uzun müddətli qaldığı planet Yer planetidir. Burada o, öz planetində tərk etdiyi gülü üçün darıxır və bu da dostsuzluğun, yalnızlığın pik nöqtəsidir. Sahib olduqlarımıza zamanında dəyər verməyimiz üçün düşündürücü digər bir məqamdır.

 

A.S.Ekzüperi "Balaca Şahzadə"



 

Ümumiyyətlə, əsərin kuliminasiya nöqtəsi Balaca Şahzadənin minlərlə gül sahəsini gördüyü anda insanların monoton və darıxdırıcı, çox şeydən məhrum olmuş həyatlarını və həyata aid bir çox məqamı, öz fəlsəfi anlatım tərziylə bizlərə və Balaca Şahzadəyə çatdıran tülkünün gəlməsi təşkil edir. Bu məqamda biz Ekzüperinin  bizə çatdırmaq istədiklərini psixologiyanı istifadə edərək necə ustalıqla çatdırdığını görürük. Əhliləşdirmək və dostluq anlayışları aydınlaşdırılır və hamımızı düşünməyə çağırır. Biz dost kimlərə deyirik? Biz dostlaşmaq deyəndə nəyi nəzərdə tuturuq? Bəs yaxşı əhliləşdirmək nə deməkdir? Nə dərəcədə düzgün anlayışdır? Əhliləşdirmək anlayışının mövcud olması insan eqoizminin sübutu deyilmi?

Əsəri bitirdikdən sonra yazarın fərdi üslubu, bədii sənətkarlıq imkanları və yaradıcıllığının özünəməxsusluğu məni heyran etdi. Yazıçı hər şeydən əvvəl uşaqlıq dövrünü mükəmməl tanıyır. Öz uşaqlığını yaşamaq üçün darıxır və həmin illərə heç bir duyğusal əngəl olmadan qayıda bilir. Balaca şahzadə bu üç xüsusiyyətin yazıçının bədii ifadə istedadı ilə birləşməsinin məhsuludur.

 

A.S.Ekzüperi "Balaca Şahzadə"



 

Sonda isə sizlərə maraqlı bir faktı çatdırım. Bu əsərin uşaqlarda necə təəssürat oyatdığını öyrənmək üçün araşdırmalar aparılmışdır və maraqlı nəticələr əldə edilmişdir. Bir dördüncü sinif şagirdi, əsərin reallıqdan kənar olduğunu, Balaca Şahzadənin yerində heç vaxt olmaq istəmədiyini, amma buna qarşı Şahzadə ilə gül epizodunu çox bəyəndiyini söylədi. Bir digər üçüncü sinif şagirdi əsərin çox faydalı olduğunu və bizi həyatın diqqətdən kənar qalan anlayışları haqqında düşünməyə çağırdığını, tamamilə reallığı əks etdirən əsər olduğunu dedi. Bənzər ikinci sinif şagirdi isə əsərin nağılımsı formatda olmasını çox bəyənib və insanı insan dəyərləri haqqında düşünməyə vadar etdiyini deyib.

Çox bəyəndim və digər əsərlərini oxumağa çalışacam.

P.S. Məqalənin hazırlanmasında Təhsil psixologiyası şöbəsinin asistantı, Dr. Sezen Zeytinoğlunun, “Küçük Prens üzerine bir inceleme” elmi işindən faydalanılmışdır. Cem Yayınevi, Arkadaş Kitaplar Dizisi, 1975.

İbrahim Niftiyev

15 iyun 2017
GO BACK