Qadin.NET / Ray Kurzweil "Ruhi maşınlar dövrü"

Ray Kurzweil "Ruhi maşınlar dövrü"

 

 

Çarlz Babbage 1821-ci ildə Kembricdə öz otağında, qarşısında loqarifma cədvəlləri ilə yarı-yuxulu oturmuşdu. Başqa bir Kembric üzvü ondan nə fikirləşdiyini soruşdu. "Bütün bu sxemlərin maşınlar tərəfindən hesablanmalı olduğunu düşünürəm", - deyə cavab verdi. Bundan sonra Babbage vaxtının çox böyük hissəsini proqramlaşdırıla bilən kompyuterin hazırlanmasına ayırdı. Tamamilə 19-cu əsrin mexaniki texnologiyasına əsaslanaraq hazırlansa da, Babbagein "Analytical Engine"-ni müasir kompyuterlərin əcdadı hesab edilir. Bax beləcə, bəşəriyyətin yeni inkişaf erası başlamış oldu və hələ də davam edir.

Əziz dostum və qardaşım, Bill Gates bu kitaba "gələcəyə unikal baxış" iltifatını etmişdir. Ona görə də mən bu kitab haqqında məlumat toplayan kimi biganə qalmayıb, böyük elm və biznes adamı, uğurlu yazıçı Ray Kurzweilin bu kitabını oxumaq qərarına gəldim. Həqiqətən də, xüsusi kitabdır.

Ray Kurzweil yaşayan əfsanə insanlardan hesab olunur. Belə ki, o, bizim eranın ən innovativ və inanılmaz kəşflərindən hesab olunan, süni intelekt üzərində beynəlxalq avtorizasiya texnologiyasını kəşf etmişdir. Bu kitabıyla isə o, bizə süni intelektin insan intelekti ilə birlikdə həyat tərzimizi necə dəyişdirəcəyini göstərməyə çalışır. Kitab bizə ilbəil komyuter texnologiyalarının imkanlarının artaraq necə bizim müəllimlərimiz, dostlarımız, sevgililərimiz və işçilərimiz statuslarını qazanacaqları ilə əlaqədar peyğəmbərliklər nümayiş etdirir. Biz gələcəkdə öz istedadlarımızı sinir əkilməsi və sinir cığırları ilə artıra bilər və bütün xəstəliklərə çarə tapa bilərik. Optimistik və meydan oxuyucu bir kitab.

"Gələcəyin ruhi maşınları" gələcəyin dünyası ilə əlaqədar məlumat almaq üçün bizim bələdçimizdir.  Bu insanın statuslarını nəzrə aldıqdan sonra kitabda yazılan və  gələcəyin dünyası ilə əlaqədar reallaşma ehtimalı yüksək olan məlumatları inkar etmək məntiqsizdir.

Hədəf kütlə

Kitabın hədəf kütləsi, məncə, gələcəyin dünyası ilə maraqlanan və gələcəyin bizə nələr vəd etdiyini bilmək istəyənlərdir. Xüsusiylə də bəzi insanlar var ki, onlar gələcəklə əlaqədar optimistik düşünmək istəyirlər. Xəstəliklərin müalicəsi, ödənilməyən ehtiyacın, tələbatın olmaması, insanın yeni təkamül pilləsinə qədəm qoyması və yeni eranın başlanğıcı (mən də daha çox belə düşünənlərdənəm). Əslində kitabda yazılanlar bir çoxlarını qorxuda da bilər. Yanaşma tərzi və ya baxış bucağından aslıdır. Şübhəsiz gələcəyin dünyası isə çox maraqlanmayan insanlar da var.

 

Ray Kurzweil "Ruhi maşınlar dövrü"

 

 

Kitabdan seçmə məlumatlar

Sinir əkilməsi – belə ki, gələcəkdə insanlar beyinlərinə əlavə sinir əkdirib istedad və bacarıqlarını artıra biləcəklər. Hətta beyinlə kompyuter arasında əlaqə yarana biləcək və insanlar internetdən yüklədikləri kitabları bir neçə saniyəyə oxuya biləcəklər. Bir çox xəstəliklər məhz neyrocərrahiyənin inkişafı ilə əlaqədar öz çarəsini tapacaq.

Nanotexnologiya və ölümsüzlük – Kurzveyl belə bir tezisi müdafiə edir ki, nanotexnologiya o qədər inkişaf edəcək ki, insanlar istənilən xəstəliyi müalicə etməklə yanaşı köhnələn orqanları hüceyrə bazisində bərpa edə biləcəkələr. Bununla da insan ölümsüzlüyə yaxınlaşa biləcək.

MOSH-lar – MOSH-un açılışını sizə təqdim edim: Mostly Original Substrate Human – Böyük qismi original alt təbəqə insan. 21-ci əsrin ikinci yarısından etibarən karbon bazisli hüceyrələri istifadə etməyə davam edən (yəni normal insanlar), sinir nəqlini etdirməyən insanlara MOSH deyiləcək və onlara böyük hörmət nümayiş etdiriləcək. Elə bir dövr yaranmışdır ki, insanın harada insan olduğu harada olmadığını demək çox çətinləşmişdir. İnsan beyni isə tamamilə rəqəmsaldır. 

Texnologiya inkişaf edir, dəyişir və dəyişdirir. İnsanın qarşısında yeni imkanlar açıldıqdan sonra, görəsən, insan özü canlı varlıq olaraq necə dəyişəcək? Bu dəyişiklik özüylə bərabər nələri gətirəcək? Biz artıq bu planetin biosferin dəyişmişik. Kitab optimistik olsa da, görəsən, bu texnologiyalar özüylə bərabər hansı siyasi dəyişiklikləri gətirəcək? Yəni insanları idarə etmək dahamı rahat olacaq, yoxsa əksinə insanlar daha çox səlahiyyəti sahiblənəcəklər. Gələcəyin dünyası robot dünyası olacaq. Buna şübhə etmirəm. Bəs biz necə, robotlaşacağıq yoxsa insan istiliyini qoruyacağıq?

Mövzuyla əlaqədar film də məsləhət görə bilərəm: baş rolda Robin Williamsın olduğu "Bicentennial Man" filmi. Bəlkə də izləmisiniz. İzləməmisizsə, onu deyim ki, burada robotun necə də addım-addım "insan"-a çevrildiyini görürük. Bu nə dərəcədə mümkündür? İnsan doğuluruq, yoxsa oluruq? Andrew (robotun adı) bir çoxlarından daha çox həqiqi insan olmağa layiq idi. Odur ki, bu kitabı da oxusanız, filmi də izləsəniz, gələcəyin dünyası ilə əlaqədar bir çox məlumatı ala bilərsiz. İnsan beynində doğulan hər bir ideya, fikir və ya fantaziya ya olub ya da olacaq. Fikirlərimiz reallaşır, materiallaşır. Bu böyük sirrdir. Nə istədiyinizlə (istədiyiniz hər bir şeydə) ehtiyatlı olun.

İbrahim Niftiyev

13 iyun 2015
GO BACK