Qadin.NET / Aleksandr Belyaev "Hoyti-Toyti"

Aleksandr Belyaev "Hoyti-Toyti"

 

Aleksandr Belyaev "Hoyti-Toyti"

 

Berlin. Buş sirkində oxumağı və saymağı bacaran fil çıxış edir. Bir gün fil əhliləşdiricisinə qarşı əsəbiləşir və sirki tərk edir. Polis onu öldürməyə hazırdır, lakin SSRİ-dən müdaxilə olunur və professor Vaqner Xoyti-Toyti ilə görüşmək üçün Almaniyaya gəlir. İnanılmaz faktlar ortaya çıxır. Ümidlər geri qayıdır. Bu inanılmazdı, amma realdı. Fil Hoyti-Toytidə insan beyni var. Çox maraqlıdır indi o fildi, yoxsa insan?

Görəsən sadəcə insan bədəninə malik olmaq insan olmaq deməkdirmi? İnsanı insan edən xüsusiyyətlər əgər dərinliklərə basdırılıbsa, məncə həmin varlığa insan demək düzgün deyil. Bunu əsərin özü də açıq-aydın sübut etdi.

Bəlkə də təəccüblənəcəksiniz, amma elmi-fantastika bu dəfə bərbad kosmik bədheybət deyil, insan üçün kifayət qədər qəbulediləbilən normal canlı varlıq kəşf edib. Rinq adlı insanın beyninə sahib fil. Fil insan, yaxud da insan fil. İnsan beyninə sahib fil. Özünüz başa düşürsüz.

Aleksandr Belyaev "Hoyti-Toyti"

Fil olmaq, başqa canlı olmaq. O canlıların dünyasını yaşamaq və kəşf etmək. Qoxuların və səslərin, həyat uğrunda heç bitməyən mübarizənin dünyasında yaşamaq. Digər canlıların gözündən insan adlanan varlığın vəhşiliklərini görmək və sadəcə görmək deyil o vəhşilikklərin toxunuşunu hiss etmək.İnsan olmaq vəhşi təbiətdə hər gün gün boyu ölüm-dirim mübarizəsi aparmaqdan qat-qat asandı. İnsan da ölüm-dirim mübarizəsi verir, sadəcə insan çalışır ki, çətinlikləri azaltsın, ona görə də insan cəmiyyət inkişafa məhkum olub.  

Belyaev bir səhvə yol verib. Bu səhvi başa düşmək və bağışlamaq olar: Belə ki, Afrika fillərinin sürülərində erkək olmur, ancaq dişilər və balaları. Belyaev isə Afrika fillərini digər bütün canlılar kimi təsvir edib. Erkək fil fərdlər yalnız həyat tərzi yaşayırlar.

Bulqakovun "Onu it ürəyi" əsərini xatırlamaya bilmirəm. Bulqakov hipofiz vəzini itə köçürərək onda insan düzəltməyə çalışırdı. Belyaev isə insan beynini filə köçürərək insan beyninin, insan şüurunun, ruhunun digər canlıların primitiv kor-təbii instinktlərinə qalib gəlməyi və ondan daha vacib məsələni, insan vəhşiliklərini bizlərə çatdırmaq istəyib.

Belyaev elmi-fantastikanın köməkliyi ilə nələr kəşf etməsində asılı olmayaraq hər zaman kəşfləri haqqında deyil, insan haqqında yazır. İnsan və ətrafı ilə olan qarşılıqlı münasibətlərinin etik, əxlaqi və digər müstəvidə dəyərləndirilməsi. Bundan gözəl mövzu?

Niftiyev İbrahim

19 iyun 2015
GO BACK