Qadin.NET / A.Kristi "Bir milyon dollarlıq istiqrazın oğurlanması" - 2 (Son)

A.Kristi "Bir milyon dollarlıq istiqrazın oğurlanması" - 2 (Son)

 

A.Kristi "Bir milyon dollarlıq istiqrazın oğurlanması" - 2 (Son)

 

Filip tutulmuş halda ona göz yetirdi.

- Mən görürəm ki, siz mənim düşündüyümü tuta bilmirsiniz,- deyə Puaro anlaşılmaz halda gülümsədi. İndi mən bankdan da bəzi məlumatlar almaq istərdim.

Ricvey görüş vərəqinə bir neçə söz yazıb ona təqdim etdi.

- Bunu orada göstərərsiniz, dayım sizi dərhal qarşılayacaq.

Puaro ona təşəkkür edib Miss Farkuharla xudahafizləşdi. Biz London və Şotland Bankının Trednild Stritdə yerləşdiyi baş idarəsinə yola düşdük. Ricveyin görüş vərəqəsinə baxdıqdan sonra bizi orada işləyən xidmətçilərin tez-tez girib-çıxdıqları idarənin ikinci mərtəbəsinə

gətirdilər. Orada bizi ciddi görkəmli iki centlmen qarşıladı. Mister Vavasourun qısa, ağ saqqalı var idi. Mister Şounun isə üzü təmiz qırxılmışdı.

- Mən dəqiq başa düşürəm ki, siz xüsusi təhqiqat idarəsindənsiniz? – Mister Vavasour dedi, - tamamilə elədir, tamamilə elədir. Əlbəttə, biz həm də Şotland Yardın əlindəyik, ona tabeyik. Bu işi inspektor Mk Neyl öhdəsinə götürübdür. O, çox bacarıqlı işçidir, mən ona inanıram.

- Mən də inanıram,- deyə Puaro nəzakətlə təsdiq etdi. Əgər icazə versəydiniz, bacınız oğlu adından bir neçə sual verərdim. Bu kilidi Habsa kim sifariş vermişdi?

- Bunu mən özüm sifariş etmişdim,- deyə Mister Şou cavab verdi.

- Mən işdə heç kimə bel bağlamıram. Açarlara gəlincə isə onlardan biri Mister Ricveydə, biri mənim həmkarımda, biri isə mənim özümdə idi.

- Bu açarları heç bir xidmətçi əlinə keçirə bilməzdi?- Mister Şou sual dolu nəzərlərlə Vavasoura tərəf döndü.

- Mən səhv etmədən deyə bilərəm ki, ayın 23- də açarları seyfə qoyduq. - Mister Vavasour dedi. – Həmkarım həmin günün axşamı xəstələnmişdi. O zaman Ricvey bizi tez tərk etmişdi. Həmkarım indi bir az özünə gəlibdir. Mən yaşda olan adamla bronxit zarafat etməyi xoşlamır, - deyə Mister Şou qəmgin halda dilləndi.

- Ancaq mən qorxuram ki, Mister Vavasour mənim burada olmağımdan əziyyət çəksin, xüsusilə bu gözlənilməz narahatlıq hər şeydən üstündür.

Puaro daha bir neçə sual verdi. Mən belə qərara gəldim ki, o, iki qohum-dayı və bacı oğlu arasındakı dəqiq məbləği aydınlaşdırmağa çalışırdı. Mister Vavasour anlaşılmaz qısa cavablar verirdi. Onun bacısı oğlu bankın inanılmış xidmətçiləri idi. Pul sarıdan heç bir korluq

çəkməmişdi. O, keçmişdə də buna oxşar missiyada etibarlı yer tutmuşdu. Axırda biz onlarla nəzakətlə xudahafizləşib bayıra çıxdıq.

- Mən aldadılmışam, - deyə Puaro küçəyə çıxan kimi dilləndi.

- Sən elə ümid edirdin ki, daha artıq bir şey əldə edəcəkdin? Onlar çox darıxdırıcı qocalar idi.

- Onların darıxdırıcı qoca olması məni aldatmır, dostum. Sənin sevdiyin bədii ədəbiyyatlarda olduğu kimi mən gözləməzdim ki, bankda qartal baxışlı, kobud bir adamla rastlaşam. Xeyr, mən bir balaca aldadılmışam, bu çox asandır!

- Asandır?

- Bəli, siz bilirsiniz ki, bu uşaq sadəliyi qədər mənim üçün asandır.

- İndi siz istiqrazların kimin tərəfindən oğurlandığını bilirsiz?

- Bəli, bilirəm.

- Ancaq, sonra biz...

- Həyəcanlanma, özünü dolaşığa salma, Hastinqs. Biz hələlik indi heç bir şey etməyəcəyik.

- Nə üçün? Nəyi gözləyirik?

- “Olimpiya”-nı gözləməliyik. O, Nyu-Yorkdan çərşənbə axşamı qayıdacaq.

- Əgər istiqrazları oğurlayanı bilirsənsə, nə üçün gözləmək lazımdır? Axı bu müddət ərzində oğru aradan çıxa bilər.

- Cənub dənizi adasına qaçacaq? Orada canini tutmurlar? Xeyr, dostum, o, orada da xoşagəlməz həyat sürəcək. Nə üçün gözləyirəm. Ona görə ki, inspektor Mk Neyl bir neçə məlumatdan sonra bu işə xitam verəcək. Bəli, indi başqalarının mənafeyi naminə gözləyirəm. Ona görə gözləmirəm ki, rəhimdil Allah məni bu işə görə mükafatlandıracaq!

- Aman Allah, Puaro! Bilirsiniz, mən sizə lazımi qədər pul verərdim ki, özünüzün bu gülünc vəziyyətinizi görə biləsiniz. Siz

şöhrətpərəstliyi necə də qarışdırırsınız!

- Özündən çıxma, Hanstinqs. Həqiqətən, bəzi vaxtlar siz mənə hətta, nirfət edirsiniz! Axı mən bu böyük cəzalardan əzab çəkirəm!

Puaro bərkdən öskürdü, onun sifətində komik bir ifadə gördüm.Gülməyimi güclə saxladım. Çərşənbə axşamı biz London və Şimal Qərb Dəmiryol /L.Ş.Q.D/ qatarın biri ilə yumşaq bir kupedə Liverpula yola düşdük. Puaronun şübhələri mənim düşündüklərimi inadkarcasına rədd edirdi. Onun müəmmalı hərəkətləri və ifadələri məni də çaşbaş salmışdı. Mübahisə etməyə etinasızlıq göstərir, marağımı gizlətməyə çalışırdım.

Biz “Atlantik” laynerinin durduğu sahilə gəldik. Puaro həyəcanlı və çevik görünürdü. Bizim işimiz dörd nəfər bələdçidən müsahibə almaq və ayın 23- də Nyu-Yorka getmiş Puaronun “dostu” haqqında məlumat almaqdan ibarət idi. Yaşlı, gözünə eynək taxmış, əlil bir centlmen güclə kayutundan bayıra çıxdı.

Mister Ventnorun hündür qaməti K- 24 rəqəmi yazılmış kayutun astanasında göründü. Keçən dəfə bu kayutada Filip Ricvey getmişdi. Puaronun şəxsən Mister Ventnorun özünü görməsinə baxmayaraq, o, hansı bir nəticəyə gələcəyini hələ bacarmırdı. Bütün bunlar məni həddindən artıq hövsələdən çıxarırdı.

- Deyin görüm,- deyə əsəbi halda qışqırdım, - siz Nyu-Yorka çatanda gəmini ilk dəfə bu centlmen tərk etmişdi?

Gəmi xidmətçisi başını qaldırdı.

 

A.Kristi "Bir milyon dollarlıq istiqrazın oğurlanması" - 2 (Son)

 

 

- Xeyr, ser. O, gəmidən düşənlərdən lap axırıncısı idi.

Mən dilxor halda bayıra çıxdım. Gördüm ki, Puaro dişlərini ağardaraq mənə baxır. O, xidmətçiyə təşəkkür edib ona bir bank çeki verdi.  Sonra biz oradan ayrıldıq.

- Bu çox yaxşı oldu,- deyə mən coşqun bir tərzdə dilləndim.

- Ancaq bu sonuncu cavab sizin nəzəriyyənizi elə bil ki, lənətlədi!

- Hastinqs, siz bir qayda olaraq heç bir şeyi görə bilmirsiniz. Bu sonuncu cavab mənim nəzəriyyəmin tamamilə əksini təşkil edir.

Mən ümidsiz halda əllərimi yellətdim.

- Mən bunu rədd edirəm.

Biz yenidən qatarda Londona tərəf sürət götürdük. Puaro bir neçə dəqiqə olardı ki, apardığı işlərin nəticələrini qeyd edirdi. O, işini qurtardıqdan sonra yazdıqlarını zərfə qoyub möhürlədi.

- Bu məktub inspektor MkNeyl üçündür. Bu, Miss Esmi Farkuharın “Rendezvous” restoranında bizim şərəfimizə təşkil edəcəyi nahar üçündür. Biz məktubları Şotland Yardını keçərkən yola salmalıyıq.

- Ricvey haqqında nə düşünürsünüz?

- Onun haqqında? – deyə Puaro gözlərini döyərək soruşdu.

- Nə üçün siz düşünmürsünüz ki, ... Siz bacarmırsınız ki,...

- Hastinqs, sizin vərdişləriniz rabitəsiz inkişaf edir. Mən hər bir fakt üzərində düşünürəm. Əgər istiqrazları Ricvey oğurlamamışsa, bu işin yaxşı nəticə verəcəyinə tamamilə zəmin yaradır. Bu işin bir tərəfidir.

- Ancaq, bu, Miss Farkuhar üçün yaxşı olmayacaq.

- İmkan daxilində siz haqlısınız. Hastinqs, gəl indi də bu işi birlikdə araşdıraq. Mən görürəm ki, siz bu işə elə-belə rəng verirsiniz. Miss Farkuharın dediyinə görə surquclanmış bağlama sandıqdan yox olub, açıq havaya buxarlanıbdır. İndi biz elm aləmində hal-hazırda təcrübədən keçirilməyən seyrək hava nəzəriyyəsi haqqında düşünməli olacağıq. Hər bir adam onun sahildə xoşagəlməz kontrabanda ilə məşğul olduğunu təsdiq edə bilər ki,...

- Bəli, ancaq biz bilirik ki,...

- Siz bilirsiniz, Hastinqs. Mən isə bilmirəm. O şey ki, ağılagəlməzdir mən qəti qərara gəlirəm ki, onun mövcudluğu da heç mümükün deyildir. Bu işdə iki çıxış yolu qalır. Biri istiqrazların göyərtədə gizlədilməsi, bu olduqca çətindir, o biri isə istiqrazların göyərtədən dənizə atılması.

- Üzgəclə nəzərdə tutursunuz?

- Xeyr, üzgəcsiz.

Mən gözlərimi qıydım.

- Əgər istiqrazlar gəmidən suya atılıbsa, bəs onları Nyu-Yorkda necə sata bilərdilər?

- Sizin bu məntiqli düşüncənizə heyranam, Hastinqs. İstiqrazlar Nyu-Yorkda satılıbdır, ona görə ki, onlar gəmidən suya atılmayıbdır. Görürsən, bu bizi hara aparıb çıxarır?

- Əgər bağlama gəmidən suya atılıbsa və istiqrazlar Nyu-Yorkda satılmışsa, onda bağlamada heç bir istiqraz olmamışdır. Bağlama

içərisində istiqrazlar olduğunu təsdiq edən fakt vardımı? Xatırlayırsan, Mister Ricvey Londonda əlindəki bağlamanı heç vaxt açmayıbdır.

- Bəli, ancaq sonra...

Puaro səbirsizliklə əlini yellədi.

- İcazə ver davam edim. Axırıncı dəfə istiqrazlar ayın 23-də London və Şotland Bank idarəsində görünmüşdür. Sonra onlar “Olimpiya” gəmisinin Nyu-Yorka çatmağına yarım saat qalmış yoxa çıxmışdır. Belə bir fikirə gəlmək olur ki, istiqrazlar heç “Olimpiya” gəmisində olmamışdır. Onların Nyu-Yorka gedib çatması üçün başqa bir yol da vardımı? Bəli, həmin gün Nyu-Yorka “Olimpiya” gəmisindən başqa Sausaptondan “Giqantik” gəmisi də yola düşmüşdü. Onlar kodları Atlantik üçün tutublar. “Giqantik” Nyu-Yorkda “Olimpiya”-dan bir gün əvvəl olubdur, hər şey aydındır. Düyün öz-özünə açılır. Ricveyə verilmiş bağlama yalançı bağlama imiş. Onlar əsil istiqraz olan bağlamanı elə bankın idarəsindəcə dəyişdiriblər. Həmin anda başqa bir yalançı bağlama düzəltmək üç adam üçün o qədər də

çətin iş deyildir. Deməli, istiqrazlar da tezliklə “Olimpiya”-nın göstərişi ilə Nyu-Yorkdakı müttəfiqlərə çatdırılıbdır. Ancaq izi azdırmaq üçün “Olimpiya”-da oğrulardan kimsə var imiş.

- Bəs nə üçün?

- Ona görə ki, Ricvey bağlamanı açıb onun yalançı olduğunu görə bilərdi və şübhə dərhal Londona gətirib çıxarardı. Xeyr, qonşu kayutadakı naməlum adam öz işi ilə məşğul imiş. O, dublikat açarla kilidi açıb, sandıqdakı yalançı bağlamanı çıxarmış və gəmidən suya atmışdır. O, gözlərini gizlətmək üçün eynək taxmış, Ricveylə qarşılaşmağa risk etməyərək özünü əlil kimi göstərmiş, Nyu-Yorkda sahilə çıxıb yenidən birinci gəmi ilə geri qayıtmışdır.

- Bəs o kim olmuşdur?

- O adam dublikat açarı olan, kilidi sifariş edən, həqiqətdə bronxit xəstəliyi olmayan və nəhayət, darıxdırıcı qoca Mister Şoudur. Dostum, cinayətlər bəzən yüksək dairələrdə də olur. 

Bu vaxt Miss Farkuhar onlara yaxınlaşdı.

- Biz buradayıq, xanım. Mən işi müvəffəqiyyətlə başa çatdırmışam. İcazə verirsiniz? - deyə Puaro əyilərək təəccübdən alışıb yanan qızın yanaqlarından öpdü.

...Son...

4 avqust 2015
GO BACK